Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Təhsil naziri Ceyhun Bayramov olacaq- sabah kollektiv qarşısına çıxır

Təhsil naziri Ceyhun Bayramov olacaq- sabah kollektiv qarşısına çıxır

Daha bir nazir postunu kimin tutacağı məlum olub. Sabah yeni təhsil naziri kollektivə təqdim olunacaq.

Musavat.com-un əldə etdiyi məlumata görə, prezident İlham Əliyev yeni təhsil nazirinin təyin olunması haqda sərəncam imzalayıb.

Sərəncamda təhsil naziri kimi Ceyhun Bayramovun adı qeyd edilir.

Hazırda nazir səlahiyyətlərini icra edən Ceyhun Bayramov buna qədər təhsil nazirinin müavini vəzifəsini daşıyırdı.

Mikayıl Cabbarov vergilər naziri təyin edildikdən sonra təhsil naziri vəzifəsini C.Bayramov icra edirdi.

Təyinatla bağlı rəsmi məlumat verilməyib. Prezidentin sərəncamının yaxın zamanlarda açıqlanacağı gözlənilir.

C.Bayramovun təhsil naziri kimi sabah kollektivə təqdim olunması gözlənilir.

Qeyd edək ki, Ceyhun Bayramovun təhsil naziri vəzifəsinə təyin ediləcəyi ilə bağlı ilk xəbəri qafqazinfo.az saytı yayıb.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …