Şənbə , Aprel 27 2024
Ana səhifə / Media (səhifə 431)

Media

Azərbaycanda nikahdankənar uşaqların sayı azalıb

Azərbaycanda 2015-ci ildə qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı 2014-cü ilə nisbətən 5,7 faiz azalıb. Trend-in statistik göstəricilərə istinadən verdiyi məlumata görə, 2014-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 25486 uşaq doğulub. Bu, həmin ildə diri doğulan bütün uşaqların 14,9 faizini təşkil edib. 2015-ci ildə isə bu tip nikahlardan …

Ətraflı oxu »

Suyun, gölməçənin içində fəryad edən Binəqədi sakinləri – VİDEO

Bakının Binəqədi rayonunda Rəsulzadə adlı bir qəsəbə var. Bu başıbəlalı qəsəbə Məhəmməd Əmin Rəsulzadənin şərəfinə adlandırılsa da, buradakı Yeni Yaşayış massivinin sakinləri heç də bu şərəfə layiq yaşamır. APA TV-nin məlumatına görə, qəsəbənin kanalizasiyası tutulduğundan, Yeni Yaşayış massivindəki evlər ətraf aləmdən tamamilə təcrid olunub. Sakinlər deyir ki, bir neçə dəfə …

Ətraflı oxu »

Professor “Mersedes”dən çoban çomağını götürüb, qaçqına zərbə endirdi

Virtualaz.org saytının verdiyi məlumata görə, ötən gün Salyan rayonunun Yenikənd kəndində Ağdam qaçqını 40 yaşlı Əliyev Cahandar Məmməd oğlu torpaq mübahisəsi zəminində əslən Cəbrayıl rayonundan olan Bakı şəhər sakini Nuru Şahməmmədov tərəfindən çoban çomağı ilə döyülüb. Aldığı xəsarətlərdən Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Cahandar Əliyev virtualaz.org saytının Şirvan bürosuna verdiyi …

Ətraflı oxu »

Azərbaycanda süni mayalanma ilə bağlı qadağa – Reklam oluna bilməz

Bir neçə gün əvvəl Nazirlər Kabineti reklamı qadağan olunan əmtəələrin yeni siyahısını dərc edib. “Qafqazinfo” xəbər verir ki, bu əmtəələr içərisində süni mayalanma ilə bağlı tibbi xidmətlərin reklamı da qadağan edilib. Bu tibbi xidmət növü üzrə reklamın qadağan olunması isə ictimaiyyət arasında müzakirələrə səbəb olub. Çoxları belə başa düşür ki, …

Ətraflı oxu »

Əxlaqsızlıq yuvasında əməliyyat keçirildi – VİDEO

Oktyabrın 16-da Xaçmaz rayonunda yerləşən kafelərin birində aparılan polis əməliyyatının görüntüləri yayılıb. Əməliyyat zamanı kafenin əxlaqsızlıq yuvası olduğu üzə çıxıb. Kafedə saxlanılan qadınlar baş verənlər barədə danışıblar: “Bu da axırıncı yol idi? Olsun! Borclu borclunun sağlığını istər”. Qeyd edək ki, əxlaqsızlıq yuvası Xaçmaz rayonunun Çarxı kəndində yerləşən “Şahmar” kafesində aşkarlanıb. …

Ətraflı oxu »

Evi partlayan aparat rəhbəri və xanımının vəziyyəti ağırdır

Ötən gün Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayış evində baş vermiş patlayış nəticəsində xəsarət alan Müşviq Qurbanov və həyat yoldaşı Şəbruz Novruzova Türkiyəyə aparılıb. Bu barədə AzVision.az-a Yanıq Mərkəzinin Baş həkimi Şöhrət Məmmədov deyib. Baş həkim bildirib ki, xəsarət alan hər iki şəxs ötən gün axşam saatlarında Respublika Yanıq Mərkəzindən Türkiyədəki …

Ətraflı oxu »

Tovuzda 800 müəllim işdən niyə çıxarılıb? – Açıqlama

Tovuz rayonunda 800-ə yaxın müəllimin işdən çıxarılması ilə bağlı AzVision.az-ın redaksiyasına məlumat daxil olub. Məlumatda işdən çıxarıldığını qeyd edən müəllimlər Misir Mərdənovun təhsil naziri olduğu dövrdə müddətli və müddətsiz müqavilələrlə işə düzəldiklərini, bunu müqabilində rayon təhsil şöbəsinin müdirinə 5000 min manat məbləğində pul verdiklərini bildiriblər. Onlar müqavilə müddətinin başa çatması …

Ətraflı oxu »

Sürücü hansı halda cəriməni ödəməyə bilər? — VİDEO

Yol hərəkəti qaydalarını pozursan və haqqında protokol tərtib edilir. Həmin protokol sürücünün evinə göndərilir. Əgər sürücü evdə yoxdursa və onu tapmaq çətindirsə bu zaman yol polisi hərəkət zamanı sürücünü saxlayır və protokolu təqdim edir. Bu, qanunda belə nəzərdə tutulub. Amma bəzi yol polisləri var ki, sürücüyə protokolu vermir, şifahi deyir. …

Ətraflı oxu »

Şagirdi döyən müəllimə və məktəb direktoru işdən çıxarıldı

Bakıdakı 247 nömrəli məktəbdə şagirdin müəlliməsi tərəfindən döyülməsi iddiası öz təsdiqini tapıb. Artıq müəllimə və həmin məktəbin direktoru işdən uzaqlaşdırılıblar. Ötən həftə paytaxtdakı məktəblərin birində müəllimənin şagirdə xəsarət yetirməsi iddiası Bakı Şəhər Təhsil İdarəsini hərəkətə keçirib. Müəyyən olunub ki, məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova peşə fəaliyyəti zamanı “müəllimlərin etik davranış …

Ətraflı oxu »

Tovuzda qəbiristanlıq dayanacağa çevrilib – VİDEO

Qənbər Novruzov təxminən bir il əvvəl anasını torpağa tapşırıb. Azinforum.az ARB TV-yə istinadən xəbər verir ki, o, tez-tez doğmasının ziyarətinə, ruhuna dua etməyə gəlir. Hər gəlişində gördüyü mənzərə onu təəccübləndirir. Bəzən də əsəbiləşdirir: “Gətirib bura su tökürəm ziyarət edəndə. Gülləri sulayıram. Bura gəlmək üçün də gedib maşını o tərəfdə – …

Ətraflı oxu »