Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Şagirdi döyən müəllimə və məktəb direktoru işdən çıxarıldı

Şagirdi döyən müəllimə və məktəb direktoru işdən çıxarıldı

Bakıdakı 247 nömrəli məktəbdə şagirdin müəlliməsi tərəfindən döyülməsi iddiası öz təsdiqini tapıb. Artıq müəllimə və həmin məktəbin direktoru işdən uzaqlaşdırılıblar.

Ötən həftə paytaxtdakı məktəblərin birində müəllimənin şagirdə xəsarət yetirməsi iddiası Bakı Şəhər Təhsil İdarəsini hərəkətə keçirib.

Müəyyən olunub ki, məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova peşə fəaliyyəti zamanı “müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozub. Məktəbin direktoru Raya Allahverdiyeva isə faktla bağlı vaxtında zəruri tədbirlər görməyərək, müəlliməni məsuliyyətdən yayındırmağa çalışıb.

Fakt təsdiqini tapdıqdan sonra direktor və müəllimə barəsində ciddi tədbirlər görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Tural Mirzəliyev deyir ki, müəllimlər tədris prosesində bütün etik davranış qaydalarına mütləq əməl edilməlidir.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın