Cümə axşamı , May 2 2024
Ana səhifə / İdman (səhifə 240)

İdman

“Qarabağ”-ın Çempionlar Liqasındakı gəliri nə qədər olub?

Bu mövsüm Çempionlar Liqasında ən çox gəlir əldə edən klublar məlum olub. AzNews.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Qarabağ” klubu cari mövsümdə 15.7 milyon avro qazanıb və bu nəticə ilə 25-ci pillədə qərarlaşıb. Siyahıya 33,59 milyon avro ilə İngiltərənin “Liverpul” klubu başçılıq edir. Bu ölkənin digər təmsilçisi “Mançester Siti” Almaniyanın …

Ətraflı oxu »

FIFA oyunçuların icarəsinə qadağa qoya bilər

Beynəlxalq Futbol Federasiyası (FIFA) klublar arasında icarə müqavilələrinin qadağan edilməsini nəzərdən keçirir. Transfer sisteminin islahatını müzakirə etmək üçün xüsusi komissiya yaradılıb. Komissiyaya Beynəlxalq Oyunçuların Həmkarlar İttifaqı, Avropa Klubları Assosiasiyası, FIFA, həmçinin keçmiş oyunçular Cafu, Zvonimir Boban, Edvin van der Sar və Marko van Basten daxildir. İcarə gənc futbolçulara klublarda inkişafına kömək edəcək …

Ətraflı oxu »

Rəşad oyun vaxtı tualetə qaçdı – Ramosun hərəkətini təkrarladı

Topaz Premyer Liqasının 22-ci turunda “Neftçi” – “Sumqayıt”la qarşılaşıb. “Qafqazinfo” xəbər verir ki, oyunun gedişində maraqlı hadisə baş verib. Belə ki, qonaqların futbolçusu Rəşad Eyyubov oyunun gedişində hakimdən icazə alaraq tualetə gedib. Futbolçu özü də bu barədə açıqlama verib: “Bəli, tualetə getməli idim. Ona görə də hakimdən icazə alıb tualetə …

Ətraflı oxu »

Azərbaycan finalda ABŞ-la yarışdı – İkinci olduq + Fotolar

Aprelin 7-8, ABŞ-ın Ayova ştatının Ayova-Siti şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışları keçirilib. “Qafqazinfo” xəbər verir ki, “B” qrupunda yer almış Azərbaycan milli yığması aprelin 7-də Kuba yığmasını 8:2, Qazaxıstan milli yığmasını isə 9:1 hesabı ilə udaraq, aprelin 8-də Monqolustan yığmasına 7:3 hesabı ilə qalib gəlib. Nəticədə millimiz yarışların …

Ətraflı oxu »

Cavid Hüseynov: “Qəbələ”nin qələbə qazanmasına baş hakim mane oldu”

“Qəbələ”nin futbolçusu Cavid Hüseynov Azərbaycan Premyer Liqasının XXII turunda “Zirə” ilə 1:1 hesablı heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb. “Report” həmin müsahibəni təqdim edir: – Bu gün qələbə qazanmağınıza nə, yaxud kim mane oldu? – Siz istəyirsiniz ki, hakimlərin adını deyim? (gülür) Əlavə danışmayım, özünüz qiymət verin. Baqali Dabonun epizodu çox …

Ətraflı oxu »

Azərbaycanın 8 cüdoçusu mötəbər yarışda qızıl medal qazanıb

“Sərhədçi” İdman Olimpiya Kompleksində Türk Şurası Universitet İdman Oyunları turnirinə start verilib. “Report” xəbər verir ki, iki gün davam edəcək mötəbər yarışda Azərbaycan, Türkiyə və Qazaxıstan cüdoçuları medallar uğrunda mübarizə aparır. Beynəlxalq turnirin ilk günündə bütün çəki dərəcələrində qalibərin adına aydınlıq gəlib. Milli komandamızdan Kəramət Hüseynov (60 kq), İlkin Babazadə …

Ətraflı oxu »

Azərbaycan güləşçilərindən möhtəşəm qələbə – Video

Sərbəst güləş üzrə Azərbaycan milli komandası ABŞ-ın Ayova şəhərində keçirilən Dünya Kubokunda daha bir görüşünü qələbə ilə başa vurub. AzNews.az xəbər verir ki, Firdovsi Umudovun baş məşqçi olduğu kollektiv Kubanın ardından Qazaxıstanı da darmadağın edib – 9:1. Azərbaycanlı pəhləvanlardan yalnız 125 kq çəki dərəcəsində çıxış edən Cəmaləddin Məhəmmədov qələbə qazana bilməyib. …

Ətraflı oxu »

“Çətin oyun olsa da, sonda 3 xal qazana bildik” – Qurban Qurbanov

“Vacib 3 xal qazandıq. Dördüncü dövrəyə qələbə ilə başlamaq istəyirdik. “Səbail” bu gün bir daha çətin rəqib olduğunu göstərdi. Uşaqlar yaxşı mübarizə apardılar. Çətin oyun olsa da, sonda 3 xal qazana bildik. Samir Əliyevə gələn oyunlarda uğurlar arzulayıram”. “Report” xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının 22-ci turunda evdə “Səbail”i …

Ətraflı oxu »

“Qarabağ” qələbə qazandı (VİDEO)

Topaz Premyer Liqasında IV dövrəyə start verilib. Qaynarinfo xəbər verir ki, XXII turun qarşılaşmaları iki gün davam edəcək. İlk gündə iki qarşılaşma baş tutub. Birinci oyun Gəncədə keçirilib. Çempionatın autsayderləri “Kəpəz”lə “Keşlə” xal hesablarını artırmaq üçün mübarizə apardıqları oyunda qalib müəyyənləşməyib – 1:1. Bununla da Gəncə və Bakı klublarının qələbəsiz oyunlar seriyası …

Ətraflı oxu »

“Kəpəz” “Keşlə” ilə heç-heçə edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib. “Report”un məlumatına görə, IV dövrənin ilk oyununda “Kəpəz” Gəncə şəhər stadionunda “Keşlə”ni qəbul edib. Turnir cədvəlinin son pillələrində qərarlaşmış komandaların görüşü heç-heçə ilə yekunlaşıb – 1:1. Hesabı 25-ci dəqiqədə qonaq komandadan Vaqif Cavadov açsa da, fasilə ərəfəsində Dario Frederiko bərabərlik qolunu …

Ətraflı oxu »