AzNews.az xəbər verir ki, Firdovsi Umudovun baş məşqçi olduğu kollektiv Kubanın ardından Qazaxıstanı da darmadağın edib – 9:1.

Azərbaycanlı pəhləvanlardan yalnız 125 kq çəki dərəcəsində çıxış edən Cəmaləddin Məhəmmədov qələbə qazana bilməyib. Onun görüşündə heç-heçə qeydə alınsa da, qələbə sonuncu xalı qazanan rəqibinə verilib. Qalan güləşçilərdən Əfqan Xaşalov, Əhmədnəbi Qvarzatilov, Hacı Əliyev, Coşqun Əzimov, Hacımurad Ömərov, Cəbrayıl Həsənov, Aleksandr Qostiyev, Aslanbek Alborov və Roman Bəkirov qalib olub.

“B” qrupundakı ilk tur qarşılaşmasında Azərbaycan millisi Kubanı 8:2 hesabı ilə yenib. Qrupda sonuncu görüş bu gün Bakı vaxtı ilə saat 19:00-da Monqolustana qarşı olacaq.

Qeyd edək ki, Yığma komandamız Kuba, Qazaxıstan və Monqolustan idmançıları ilə B yarımqrupunda mübarizə aparır.