Topaz Premyer Liqasında IV dövrəyə start verilib. Qaynarinfo xəbər verir ki, XXII turun qarşılaşmaları iki gün davam edəcək. İlk gündə iki qarşılaşma baş tutub.
Birinci oyun Gəncədə keçirilib. Çempionatın autsayderləri “Kəpəz”lə “Keşlə” xal hesablarını artırmaq üçün mübarizə apardıqları oyunda qalib müəyyənləşməyib – 1:1. Bununla da Gəncə və Bakı klublarının qələbəsiz oyunlar seriyası 4-ə çatıb.
İlk oyun günü “Qarabağ”la “Səbail” arasındakı matçla yekunlaşıb. Qurban Qurbanovun yetirmələri ardıcıl 2 heç-heçədən sonra azarkeşlərini 3 xalla sevindirib – 1:0. Matçın yeganə qoluna 31-ci dəqiqədə penaltidən Riçard Almeydaimza atıb.
Qeyd edək ki, tura sabah keçiriləcək “Zirə” – “Qəbələ” və “Neftçi” – “Sumqayıt” oyunları ilə yekun vurulacaq.
Premyer Liqa
XXII tur
7 aprel
Kəpəz – Keşlə 1:1
Qollar: Dario Federiko, 45 – Vaqif Cavadov, 25.
Qarabağ – Səbail 1:0
Qol: Riçard Almeyda, 31-pen.
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
|
1 |
Qarabağ |
22 |
16 |
5 |
1 |
32:8 |
53 |
|
2 |
Qəbələ |
21 |
12 |
4 |
5 |
35:21 |
40 |
|
3 |
Sumqayıt |
21 |
10 |
5 |
6 |
27:22 |
35 |
|
4 |
Zirə |
21 |
9 |
7 |
5 |
28:20 |
34 |
|
5 |
Neftçi |
21 |
9 |
3 |
9 |
26:22 |
30 |
|
6 |
Səbail |
22 |
5 |
3 |
14 |
14:31 |
18 |
|
7 |
Keşlə |
22 |
4 |
6 |
12 |
19:34 |
18 |
|
8 |
Kəpəz |
22 |
3 |
3 |
16 |
14:37 |
12 |
|
Bombardirlər |
Baqali Dabo (Qəbələ) – 12. |