Ana səhifə / Gündəm (səhifə 325)

Gündəm

Samir Şərifovun qohumu kimin ölümünə səbəb oldu? – İlginc iddia

“Mersi Bakı” restoranının sahibi Ruslan Zeynalovun oğlu Maqsud Zeynalovun ölümü ilə nəticələnən avtoqəza barədə ilginc məlumatlar əldə etmişik. Qeyd edək ki, qəza iyunun 5-də Mərdəkan şossesində baş verib. Yayılan məlumatlarda bildirilirdi ki, 17 yaşlı Maqsud Zeynalov “Hyundai” markalı maşının sükanı arxasında olarkən idarəetməni itirib və maneəyə çırpılıb. O, elə hadisə …

Ətraflı oxu »

Yaponiyada xərçəng xəstəliyinin erkən diaqnostikasının yeni metodu tətbiq edilib

Yaponiya alimləri xərçəngin ilkin mərhələlərində diaqnostikasının yeni metodunu tətbiq ediblər. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeni metod bir damla qan əsasında təhlükəli hüceyrələri 3 dəqiqəyə aşkar etməyə imkan verir. Bu məqsədlə xüsusi metal plastinin üzərinə pasiyentin qanını qoyurlar. Ardından o, ultrabənövşəyi şüaların təsirinə məruz qoyulur. Xərçəng xəstələrində qan …

Ətraflı oxu »

Ölkə Avropa Oyunlarını, Yasamal kriminaliteti isə loto oyunlarını keçirir– VIDEO

 Insan ömrü boyu əldə etdiklərini bir ağılsız hərəkətinə görə qumarda itirə bilir. Bəziləri olan-qalan pulunu, qır-qızılını, maşınını, hətta evini də qumara qoyur və uduzur. Elə məhz bu səbəbdən Azərbaycanda qumar oyunları qadağan edilib. Lakin buna baxmayaraq, hələ də paytaxtda və ölkənin müxtəlif yerlərində “qara bazar” fəaliyyətdədir. Maraqlıdır ki, Avrovision mahnı …

Ətraflı oxu »

Təhsil Nazirliyi PKK-ya qoşulan azərbaycanlı tələbələrlə bağlı araşdırmaya başladı – VİDEO

Türkiyədə təhsil alan 3 azərbaycanlı tələbənin terrorçu PKK silahlı dəstəsi sıralarına qoşulması xəbəri Azərbaycanda ciddi səs-küy doğurub. Şimali İraqda çəkildiyi iddia edilən videoçarxda PKK terrorçularının sıralarında döyüşən azərbaycanlıların bu ilin aprel ayında Türkiyədə yoxa çıxan 3 tələbə olduğu iddia edilib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Modern.az …

Ətraflı oxu »

Arif Məmmədov Aynur Camalqızına cavab verdi…

Keçmiş deputat, “Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur Camalqızı bir neçə gün öncə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı missiyasının rəhbəri Arif Məmmədov haqda bəzi fikirlər səsləndirib. A.Camalqızının sözlərinə görə, o, Milli Məclisin deputatı olan zaman Avropaya səfərlərində Arif Məmmədov onların çemodanını daşıyıb. Qalmaqallı açıqlamalarıyla rəsmi Bakının qəzəbinə, medianın diqqət …

Ətraflı oxu »

Tovuzda gəlin toyunun səhəri günü niyə intihar etdi?

Mətbuatda xəbər verildiyi kimİ, ötən gün Tovuz rayonunda gəlin toyunun səhəri gün intihar edib. ANS PRESS-in verdiyi məlumata görə, 1997-ci il təvəllüdlü D.F. özünü körpüdən atıb. Ağır yaralanan 18 yaşlı gəlin xəstəxanaya aparılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. İntiharla bağlı araşdırmalara başlanılıb. Araşdırmalar zamanı məlum olub ki, D.F. …

Ətraflı oxu »

Gürcüstanda ən populyar soyadlar Bu ölkədə 19 mindən çox Məmmədov yaşayır

Məmmədov Gürcüstanda ən geniş yayılan 2-ci soyaddır. Modern.az saytı Gürcüstan Reyestr Xidmətinə istinadən xəbər verir ki, ölkədə bu soyadı 19294 nəfər daşıyır. Ən populyar soyadlardan ibarət “10-luq”da Əliyev soyadı da var. Gürcüstan vətəndaşı olan Əliyevlərin sayı isə 13118 nəfərdir. Gürcüstanın ən populyar siyadlarının “10-luq”uun təqdim edirik: Beridze 19 765 Məmmədov …

Ətraflı oxu »

Azad Rəhimov: “İstintaq orqanları avstriyalı idmançılarla bağlı insidenti araşdırır”

  “İstintaq orqanları Bakıda avstriyalı idmançılarla bağlı baş vermiş insidenti araşdırır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib. O qeyd edib ki, istintaqın gedişatı haqqında Azərbaycan da məlumatlandırılacaq. “İki xanım idmançı yüngül xəsarətlər alıb. Onların vəziyyəti normaldır. Üçüncü idmançı isə Vyanada xəstəxanaya yerləşdirilib. …

Ətraflı oxu »

200 həmkəndlisini aldadan bağça müdirəsi polisə çağırılıb

Qazax rayonunun Xanlıqlar kəndindəki uşaq bağçasının müdirəsi Xatirə Əsgərova dünən axşam rayon polis şöbəsinə çağırılıb və polis tərəfindən saxlanılıb. Bu məlumatı virtualaz.org saytına həmin kəndin sakini Yaşar Həmişəyev verib. Yaşar Həmişəyev deyib ki, X.Əsgərovanın kredit fırıldağının qurbanı olan Xanlıqlar sakinləri aclıq aksiyasını davam etdirir: “Aclıq aksiya keçirən kənd sakinlərinin üç …

Ətraflı oxu »

Maşın atları vurdu, sığorta şirkəti at sahibini məhkəməyə verdi – İlginc olay (SƏNƏD)

Cəlilabad rayonu Qaracənzir kənd sakini Məlik Xəlilov tərəfindən Mia.az-a maraqlı məktub daxil olub. Şikayətçi yazır ki,  Beynəlxalq Sığorta Şirkəti onu məhkəməyə verərək pul tələb edir: “Hal-hazırda işim Cəlilabad rayon Məhkəməsindədir. Məsələ burasındadır ki, 17 may 2015-ci il tarixdə Bakı-Astara yolunda mənim və həmkəndlim Əzizağanın atını “Hunday Sonata” markalı, 90-CF-081 nömrəli …

Ətraflı oxu »