Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Tovuzda gəlin toyunun səhəri günü niyə intihar etdi?

Tovuzda gəlin toyunun səhəri günü niyə intihar etdi?

Mətbuatda xəbər verildiyi kimİ, ötən gün Tovuz rayonunda gəlin toyunun səhəri gün intihar edib.

ANS PRESS-in verdiyi məlumata görə, 1997-ci il təvəllüdlü D.F. özünü körpüdən atıb. Ağır yaralanan 18 yaşlı gəlin xəstəxanaya aparılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

İntiharla bağlı araşdırmalara başlanılıb. Araşdırmalar zamanı məlum olub ki, D.F. bir müddət əvvəl qonşu kənddə yaşayan oğlan tərəfindən qaçırılıb. Sonradan qıza toy mərasimi qurulub.

Toydan sonra məlum olub ki, qız bakirə deyil. Bəylə gəlin mübahisə etdikdən sonra gənc qadın evdən qaçıb. Oğlan evi polisə şikayat edərək bildirib ki, guya gəlin qaçarkən evdəki qiymətli əşyaları da götürüb.

Araşdırmalar zamanı məlum olub ki, əslində bəy evinin iddia etdiyi kimi qızıl və zinət əşyaları itməyibmiş.

Meyit müayinə edildikdən sonra məlum olub ki, gəlin əslində bakirə olub. O nə bəylə, nə də başqa birisilə cinsi əlaqədə olmayıb.

Sayt məsələ ilə bağlı Tovuz Rayon Prokurorluğu ilə əlaqə saxlayıb. Prokurorluqdan yalnız onu bildiriblər ki, intihar hadisəsi qeydə alınıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın