Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Azad Rəhimov: “İstintaq orqanları avstriyalı idmançılarla bağlı insidenti araşdırır”

Azad Rəhimov: “İstintaq orqanları avstriyalı idmançılarla bağlı insidenti araşdırır”

 

“İstintaq orqanları Bakıda avstriyalı idmançılarla bağlı baş vermiş insidenti araşdırır”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
O qeyd edib ki, istintaqın gedişatı haqqında Azərbaycan da məlumatlandırılacaq.
“İki xanım idmançı yüngül xəsarətlər alıb. Onların vəziyyəti normaldır. Üçüncü idmançı isə Vyanada xəstəxanaya yerləşdirilib. Artıq əməliyyat başlayıb. Xoş olan odur ki, o xanım artıq ayaqlarını tərpədə bilir. Fikrimcə, hər şey yaxşı olacaq”, – deyə nazir bildirib.
Rəhimov həmçinin deyib ki, Azərbaycan tərəfi avstriyalı idmançının müalicəsinin xərcini üzərinə götürəcək.
“Azərbaycanın Avstriyadakı səfirliyi lazimi yardımı göstərir. Biz Avstriya tərəfinə istənilən kömək göstərməyə hazırıq”, – deyə o vurğulayıb.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın