Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya (səhifə 41)

Dünya

Zəlzələdən zərər çəkənlərə 1 illik kirayə pulu veriləcək

Zəlzələdən zərər çəkənlərin fərqli bölgələrdə kirayə pullarını qarşılanacaq. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Dağılmış binaları 1 il ərzində bərpa edib sahiblərinə təhvil verəcəyik. Bu arada vətəndaşlarımıza 10 min lirə verəcəyik. Çadırda qalmayan və ya çadırda qalmaq istəməyən vətəndaşlarımızın kirayə haqqını ödəməklə yaşayış yerlərinə keçməsini təmin edəcəyik”.

Ətraflı oxu »

Ərdoğan: “Axtarış-xilasetmə əməliyyatları lazımi sürətlə aparılmır”

“Axtarış-xilasetmə əməliyyatları lazımi sürətlə aparılmır”.Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydıyamanda çıxışı zamanı deyib.Onun sözlərinə görə, əsas prioritet insan amilidir: “İndiyədək 94 müxtəlif ölkədən dəstək təklifi gəlib. Əcnəbi və yerli mütəxəssislər axtarış- xilasetmə tədbirlərini davam etdirirlər. Təəssüf ki, axtarış- xilasetmə tədbirləri lazımi qədər sürətlə davam etmir”.

Ətraflı oxu »

Macarıstanlı xilasedicilər yaşyarımlıq uşağı dağıntılar altından sağ çıxarıblar

Türkiyəyə yardım üçün səfərbər olan macarıstanlı xilasedicilər Türkiyənin Hatay şəhərində, zəlzələdən 60 saatdan çox keçməsinə baxmayaraq, yaşyarımlıq uşağı dağıntılar altından sağ çıxara biliblər. “Report” xəbər verir ki, xilasetmənin videogörüntülərini Macarıstanın Türkiyədəki səfiri Viktor Matiş tviterdə paylaşıb. “Peşt vilayəti Axtarış-Xilasetmə Qrupu 1,5 yaşındakı uşağı xilas edir. Hatay, 8 fevral, 2023”, – …

Ətraflı oxu »

“SOCAR Türkiyə” zəlzələ bölgəsindəki xilasetmə avtomobillərini pulsuz benzinlə təmin edir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” şirkəti Hatay, Adıyaman, Qaziantep, Kahramanmaraş və Şanlıurfadakı Hazar yanacaqdoldurma məntəqələrindən bütün təcili yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və digər təşkilatların xilasetmə nəqliyyat vasitələrini pulsuz benzin və dizellə təmin edir.Qeyd olunub ki, şirkət zəlzələ bölgəsində yaşayan Azərbaycan vətəndaşlarının …

Ətraflı oxu »

Malatyada xilasedicilər 4 azərbaycanlı tələbəni dağıntılar altından çıxardı

Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbə – Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəni dağıntılar altından çıxarıblar. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qeyd edilir ki, xilasedicilər dağıntılar altında olan tələbələrimizin adlarını səsləyiblər, onlar cavab veriblər. S.Quliyev, Ş.Verdiyev, H.İsmayıllı və G.Nəzərzadə Malatyadakı İnönü Universitetinin tələbələridir. Qeyd edək …

Ətraflı oxu »

Türkiyədə zəlzələdə ölənlərin sayı 76 nəfərə çatıb

Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib. Bakı vaxtı …

Ətraflı oxu »

Türkiyədəki zəlzələdən ürəkdağlayan – FOTOLAR

Türkiyənin Düzcə vilayətində qeydə alınan 5.9 ballıq zəlzələ zamanı təşvişə düşən əhali küçələrdə gecələyib. Təbiət hadisəsi nəticəsində bəzi binalarıən üzərindəki lövhələr yerə düşüb, həmçinin çatlar əmələ gəlib. Zəlzələ nəticəsində zərər görən binalardan biri də Düzce Ədliyyə binası olub.Qeyd edək ki, ötən gün Türkiyənin İstanbul şəhəri yaxınlığındakı Mərmərə dənizi bölgəsində baş …

Ətraflı oxu »

Ərdoğandan güclü zəlzələdən sonra ilk açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Kahramanmaraş şəhərində baş verən və bir çox bölgəyə təsir edən zəlzələdən sonra açıqlama yayıb.Bu barədə dövlət başçısı tviterdə yazıb.“Kahramanmaraşda baş verən və ölkəmizin bir çox yerində hiss olunan zəlzələdən zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun deyirəm. AFAD-ın koordinasiyası ilə bütün müvafiq bölmələrimiz həyəcan vəziyyətindədir.Axtarış-xilasetmə …

Ətraflı oxu »