Ana səhifə / Dünya (səhifə 40)

Dünya

Ərdoğan sosial medianın ən məşhur liderlərindən biri olub

İtaliyada rəqəmsal məlumatları təhlil edən bir fondun araşdırmasına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial mediada ən çox izlənən liderlərdən biridir. Belə ki, İtaliyanın Rəqəmsal Texnologiyalar Fondu “rəqəmsal nəzarət” hesabatı hazırlayıb. Fond 24 dövlət və hökumət başçısının “Facebook”, “Instagram” və “Twitter” sosial şəbəkələrindəki hesablarını təhlil edib. Araşdırmaya görə, sosial mediada …

Ətraflı oxu »

Ukraynalı jurnalist “Bayraktar” haqqında sənədli film çəkdi – VİDEO

Ukraynalı jurnalist Nataliya Moseiçuk və komandası “Bayraktar TB2” pilotsuz hücum kompleksinə həsr olunmuş “Bayraktar Legend Wings” (Bayraktar əfsanə qanadları) adlı sənədli film hazırlayıb.Ukraynalı jurnalistlər filmin çəkilişləri üçün üç gün İstanbulda olublar. Filmdə “Baykar” şirkətinin rəhbəri və Türkiyə Texnoloji Komandası Fondunun İdarə Heyətinin sədri Haluk Bayraktar, “Baykar” şirkətinin texniki direktoru Selçuk …

Ətraflı oxu »

İranda azərbaycanlı hamilə qadına edam cəzası verildi

Güney Azərbaycanın Bəykəndi  şəhərindən olan Şəhla Əbdi ötən ilin noyabrında Urmuda keçirilən ümumxalq etirazları zamanı Xomeyninin şəklini yandırmışdı. Qaynarinfo “MOUZE” “Telegram” kanalına istinadən bildirir ki, o, həbs olunaraq ağır işgəncələrə məruz qalıb. Hamilə qadının hazırda səhhətinin pis olduğu barədə məlumatlar var.

Ətraflı oxu »

“Heç bir qələbə olmayacaq, məğlubiyyəti isə artıq almışıq” – Qriqori Yavlinski

“Putinin davam etməkdən başqa yolu yoxdur”. Bunu Rusiyanın ən parlaq iqtisadçılarından və təcrübəli siyasətçilərindən biri, “Yabloko” Partiyasının yaradıcısı Qriqori Yavlinski internet kanallarından birinə müsahibəsində Ukraynadakı müharibəni şərh edərkən söyləyib. Yavlinski deyib ki, Vladimir Putini şəxsən siyasətçi kimi çoxdan tanıyır, buna baxmayaraq, özünü qətiyyən onun dostu, yoldaşı hesab etmir: “Biz hamımız onun özü üçün …

Ətraflı oxu »

Güney Azərbaycanda zəlzələ: 816 nəfər yaralanıb, 3 nəfər həlak olub

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 816 nəfərə çatıb.Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 3 nəfər həlak olub. Qızıl Aypara Cəmiyyəti lazım gələrsə, zəlzələdən zərər çəkmiş ərazilərə texnika və işçi qüvvəsi göndərməyə hazır olduğunu bildirib.Qeyd edək ki, dağıntıların meydana gəldiyi …

Ətraflı oxu »

Beynəlxalq olimpiadanın qalibləri İstanbuldakı H.Cavid adına məktəbi ziyarət etdilər-Video

Türkiyə Respublikasının İstanbul şəhərində fəaliyyət göstərən H.Cavid adına məktəbdə çox maraqlı və önəmli görüş keçirilib. Azərbaycandan riyaziyyat fənni üzrə Beynəlxalq olimpiadanın qalibi olmuş bir qrup məktəblilər böyük şairimiz H.Cavidin adını daşıyan orta məktəbi ziyarət ediblər. Maraqlı tanışlıqdan sonra hər məktəblilər arasında dostluq əlaqələri yaranıb. Azərbaycanlı məktəblilər H.Cavid adına məktəbi çox …

Ətraflı oxu »

Zelenski “tank koalisiyası”na qoşulan ölkələrin sayını açıqlayıb

Artıq 12 ölkə Ukraynanın Rusiyanın hərbi təcavüzünə qarşı mübarizə aparması üçün “tank koalisiyası”na qoşulub. “Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində bildirib. “Rusiyanın şəhərlərimizə qarşı atdığı hər bir raket, terrorçuların istifadə etdiyi hər bir İran pilotsuz aparatı bizim niyə daha çox silaha ehtiyacımız olduğuna …

Ətraflı oxu »

Türkiyədə prezident seçkilərinin vaxtı məlum oldu

Türkiyədə prezident seçkiləri mayın 14-də keçiriləcək. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada gənclərlə görüşü zamanı deyib.“Mayın 14-də keçiriləcək seçkilərdə ilk dəfə səs verəcək sizlərlə, dəyərli gənclərimizlə, olmağımızı bizə nəsib etdiyi üçün Rəbbimə şükür edirəm. Sizin sayənizdə 40 ildən çox vaxt keçməsinə baxmayaraq keçmiş dönəmdəki həyacanı xatırlayır və eyni …

Ətraflı oxu »

Şolts: “Almaniya Ukraynaya tankların verilməsində müttəfiqləri ilə hərəkət edir”

“Almaniya Ukraynaya döyüş tanklarının tədarükü məsələsində müttəfiqləri ilə koordinasiyalı şəkildə hərəkət edir”. “Report” xəbər verir ki, bunu Almaniyanın kansleri Olaf Şolts Parisdə Fransa Prezidenti Emmanuel Makron ilə birgə mətbuat konfransında bəyan edib. “İki ölkəmiz Ukraynaya maliyyə, humanitar nöqteyi-nəzərdən dəstək vermək, həmçinin silah tədarükü üçün çox işlər görür”-deyə, o bildirib. Eyni …

Ətraflı oxu »

Türkiyə silah bazarında İsrailin rəqibinə çevrilir

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun son hesabatına görə, dünyada silah satışına görə ən yüksək artım nümayiş etdirən iki ölkə – Türkiyə və İsraildir.  Hesabatda silah satışıyla məşğul olan 100 şirkətdən üçünün İsrailə, ikisinin Türkiyəyə məxsus olduğu vurğulanıb. Əgər Türkiyənin hərbi istehsalla məşğul olan şirkətləri 2002-ci ildə cəmi 1 milyard dollar …

Ətraflı oxu »