Cümə , Aprel 26 2024
Ana səhifə / Cəbhə Xəbərləri (səhifə 75)

Cəbhə Xəbərləri

Tərtərdə zədələnən döyüş helikopteri peşəkarlıqla öz ərazimizə endirilib

Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər. “Report” xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar …

Ətraflı oxu »

Müdafiə Nazirliyi rəsmisi əhaliyə müraciət etdi

Müdafiə Nazirliyi əhaliyə çağırış edib.Nazirliyin mətbuat katibi Anar Eyvazov jurnalistlərə açıqlamasında bu barədə danışıb.“Əhali arasında təşviş salmamaq, həmçinin hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək məqsədilə sosial şəbəkə istifadəçilərini, elektron media və digər kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq”,-deyə A.Eyvazov əlavə edib.  O bildirib ki, Ermənistan …

Ətraflı oxu »

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

“Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub”.Bu sözləri Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, …

Ətraflı oxu »

Müdafiə Nazirliyi təlimlərlə bağlı məlumat yaydı – VİDEO

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Msta-S” özüyeriyən haubitsa heyətləri ilə döyüş hazırlığı məşğələləri keçirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, həyacan siqnalı ilə qaldırılan heyətlər atəş mövqelərinin dəyişilməsi və şərti döyüş zamanı düşmən hədəflərinin koordinatlarının təyin edilməsi suallarını məşq ediblər. Döyüş atışları icra edən heyətlər şərti düşmənin müxtəlif məsafələrdə yerləşən …

Ətraflı oxu »

Müdafiə Nazirliyi təlimdən görüntülər yaydı – Video

Müdafiə Nazirliyi piyadaların döyüş maşınları (PDM), zirehli transportyorlar (ZTR) və digər döyüş maşınlarının ekipajlarının təlimlərindən görüntüləri yayıb.  “Qafqazinfo”nun xəbərinə görə, nazirliyin bununla bağlı yaydığı məlumatda bildirilir ki, Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq piyadaların döyüş maşınları (PDM), zirehli transportyorlar (ZTR) və digər döyüş maşınlarının ekipajları …

Ətraflı oxu »

Tovuzdakı mövqelərimiz yenə atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 33 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə …

Ətraflı oxu »

Şəhid olan hərbçimizin fotosu

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 38 yaşlı E. Məmmədov Tovuzun Qaziqulu kəndindəndir. Evlidir, 3 oğlu var.

Ətraflı oxu »

Cəbhədə vəziyyət gərginləşir – Ordumuz şəhid verdi

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistanın son zamanlar qoşunların təmas xəttində və dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirməsi ilə bağlı bəyanat yayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olan bəyanatda bildirilib ki, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyət düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirilir. Son zamanlar …

Ətraflı oxu »

Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi

Sentyabrın 20-si saat 23.13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.Müdafiə Nazirliyindən verilən məlumata görə, hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.

Ətraflı oxu »