Ana səhifə / Aktual (səhifə 1109)

Aktual

“Gündəlik Bakı” qəzetinin baş redaktoru apellyasiya şikayəti verib

“Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev barəsində olan hökmdən apellyasiya şikayəti verib. “Report”un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas iyunun 21-nə təyin edilib. Şikayət hakim Qail Məmmədovun sədrliyi ilə araşdırılacaq. H.Vəliyev barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Qeyd edək ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub. …

Ətraflı oxu »

Onlar həm polis, həm də əsgər kimi xidmət aparırlar – Ağdam və Tərtərdən FOTO-VİDEO

Ağdam və Tərtər rayonlarında polis əməkdaşları ilə görüşlər keçirib. Görüşlər “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan polisinin 100 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi” adlı layihə çərçivəsində baş tutub. Tərtər rayon Polis Şöbəsində baş tutan tədbirdə çıxış edən …

Ətraflı oxu »

Respublika Narkoloji Mərkəzinin yeni binası istifadəyə verildi

Respublika Narkoloji Mərkəzinin yeni binası istifadəyə verilib. Bu barədə virtualaz.org-a nazirliyin mətbuat xidmətindən məlumat veriblər. 4 korpus, 300 çarpayılıq müəssisə Bakının Sabunçu rayonunda yerləşir. Mərkəzin tikintisinə 2012-ci ildə başlanılıb. 1,9 hektar ərazidə inşa olunan mərkəz yüksək standartlara cavab verən tibbi avadanlıqlıq və lazımi dərman preparatları ilə tam təmin edilib. Mərkəz …

Ətraflı oxu »

“Azərbaycan polisinin yaranması və təşəkkülü tarixindən (1918-1920-ci illər) ” adlı kitab işıq üzü gördü

Tarix üzrə fəlsəfə doktoru İltifat Əliyarlı-Şahsevənlinin “Azərbaycan polisinin yaranması və təşəkkülü tarixindən (1918-1920-ci illər) ” adlı yeni kitabı işıq üzü görüb. Ərsəyə gələn kitabın ön səhifəsində qeyd olunur ki, kitab  Daxili İşlər Orqanlarının əməkdaşları və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Qeyd edilir ki,  kitab Azərbaycan Polisinin 100 illiyinə, tarixi …

Ətraflı oxu »

Deputat sosial şəbəkədə ona sataşanlara cavab verdi – Amma yenə hər şeyi qarışdırdı…

Milli Məclisin deputatı Azər Badamov Report-un sorğusuna cavab olaraq bildirib ki, Rusiyada keçiriləcək Dünya Çempionatında İspaniyanın “Real Madrid” klubuna azarkeşlik edəcək. ““Real Madrid” çempion olacaq. Dünya çempionatını izləyəcəyəm. Favoritim “Real Madrid”dir. O komandanın qalib olacağını düşünürəm. Argentina və Meksika da qalib ola bilər, Bu, artıq sürpriz olar”-deyə, deputat bildirib. Modern.az-ın …

Ətraflı oxu »

Tovuzda müəllim “Son zəng” zamanı ölüb

Tovuzda “Son zəng” tədbirində ölüm hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən “Son zəng” tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib. Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə N. Ələkbərova ürək damar …

Ətraflı oxu »

Əlvida məktəb: “Son zəng”dən FOTOLAR

  Bu gün Azərbaycan məktəblərində son zəngdir, 2017-2018-ci tədris ili başa çatır. Çoxları üçün 14 iyun adi günlərdən biri olsa da, məktəb məzunları üçün unudulmaz tarixdir. Çünki onlar 11 illik məktəb həyatına son qoyub, müstəqil həyata addım atırlar.  Musavat.com saytının əməkdaşları məzunların sevincinə, həyəcanına şərik olmaq üçün Bakı şəhəri, 214 …

Ətraflı oxu »

Hacı Şahin Ramazan bayramında çıxarılacaq fitr zəkatının məbləğini açıqladı

Sabah dünya müsəlmanları Ramazan bayramını qeyd edəcək. Bundan əlavə, mübarək ayın son günüdə məscidlərdə bayram namazları qılınacaq. Minval.info xəbər verir ki, əlamətdar günün yeganə vacib ibadəti fitrə zəkatının ödənilməsidir. Bayram daxil olduqdan sonra imkanı olan hər bir müsəlmana vacibdir ki, özünün və onun öhdəsində olan kəslərin adından fitrə zəkatı çıxarmalıdır. …

Ətraflı oxu »

Bakıda “Range Rover”lə yüksək sürətlə şütüyüb 2 nəfəri öldürən polis həbs edildi

İyunun 12-də Binəqədi qəsəbəsi ərazisində ölümlə nəticələnən qəza törədərək hadisə yerindən qaçan şəxs tutulub. Belə ki, iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini hadisə yerində ölüb. Şahidlər bildirib ki, hadisədən …

Ətraflı oxu »

Tanınmış jurnalist vəfat etdi

Tanınmış jurnalsit, pedaqoq Akif Şahverdiyev dünyasını dəyişib. Azinforum.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib. Qeyd edək ki, Akif ŞAhverdiyevin 59 yaşı var idi. O, “Naxçıvan”, “Odlar yurdu”, “Qərb” və “Bakı Avrasiya” universitetlərində tələbələrə Jurnalistika ixtisası üzrə dərs deyib. 1993-cü ildən jurnalistika fəaliyyətinə başlayan Akif Şahverdiyev bir neçə …

Ətraflı oxu »