Ana səhifə / Aktual (səhifə 1108)

Aktual

Ramil Usubov əmr imzaladı: Polis rəisi işdən çıxarıldı

İmişli rayon Polis Şöbəsinin rəisi işdən çıxıb. Azinforum.az lent.az-a istinadən xəbər verir ki, polis polkovniki Ayaz Cəfərov daxili işər naziri Ramil Usubova raport yazaraq vəzifədən azad edilməsini xahiş edib. Raportu qəbul edən R.Usubov polis rəisinin işdən çıxarılması ilə bağlı əmr imzalayıb. Hazırda İmişli rayon Polis Şöbəsinin rəisi vəzifəsini əməliyyat üzrə müavin icra edir.

Ətraflı oxu »

Deputatdan yol polisinə etiraz: “İcra başçısına “çest” verir, millət vəkilinə isə…”

“Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Dövlət Yol Polisinin rəhbərliyi ilə Milli Məclisin deputatları arasında görüş keçiriləcək. Hələ ki  bu görüş planlaşdırılmayıb. Məlumatım da yoxdur. Olsaydı, xəbərim olardı. Çünki dəfələrlə Milli Məclisin plenar və komitə iclaslarında yol polisi-deputat münasibətlərinə toxunulub. Təəssüf edirəm ki, …

Ətraflı oxu »

Nazir qocalar evində (FOTOLAR)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində 15 İyun – Milli Qurtuluş günü və Ramazan bayramı münasibəti ilə tədbir keçirilib. Nazilrikdən Azinforum.az-a verilən xəbərə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbirdə iştirak edib, dövlət himayəsində yaşayan …

Ətraflı oxu »

Ermənilər Qazaxda dinc sakini yaraladılar

Qazax rayonunda gənc qadın ermənilərin açdığı atəş nəticəsində yaralanıb. APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Aşağı Quşçu kənd sakini, 1990-cı il təvəllüdlü Ağamalıyeva Güləma Aqif qızı ayağının topuq nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya çatdırılıb. Ailə üzvləri onun erməni silahlılarının açdığı atəş nəticəsində yaralandığını bildiriblər. Onların sözlərinə görə, G. Ağamalıyeva …

Ətraflı oxu »

Rütbəsi alınan polkovnikin ailəsinin müraciəti rədd edildi

Həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun ailəsinin məhkəməyə müraciəti geri qaytarılıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, onun arvadı Şəhla Ələkbərova ərinin əmlakının onlara qaytarılmasını tələb edib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərovun 1,3 milyon manatlıq əmlakı cinayət yolu ilə əldə edilmiş mülk kimi müsadirə edilib. Həmin əmlakların zərərçəkənlərdən yalnız Akif Qurbanova …

Ətraflı oxu »

Şeyx məscidə nəvəsi ilə gəldi – FOTO

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bayram namazına nəvəsi ilə birlikdə gəlib. AzVision.az xəbər verir ki, şeyx və azyaşlı nəvəsi bayram namazını “Təzəpir” məscidində qılıb, dualar ediblər.

Ətraflı oxu »

Nazirlikdə yeni MMC yaradıldı – Bu xanım direktor oldu

  Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti” MMC təsis edilib.  “ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, şirkətin məqsədi fermerlərə metodiki tövsiyələrin verilməsi, tədarük şirkətləri ilə fermerlərin əlaqələrinin qurulmasına dəstək, fermerlərin bazara çıxışı istiqamətində məsləhət xidmətlərinin verilməsi, aqrar sahədə sosial məsuliyyət anlayışı çərçivəsində maarifləndirici xüsusi bülletenlərin və …

Ətraflı oxu »

General 2 kilometrlik bayraq daşıdı – Fotolar

Azərbaycan sərhədçiləri 15 İyun – Milli Qurtuluş Gününü qeyd ediblər. “Qafqazinfo”nun Dövlət Sərhəd Xidmətinə istinadən məlumatına görə, xidmətin rəisi general-polkovnik Elçin Quliyev Yevlax rayonundakı zəfər yürüşündə iştirak edib. Təntənəli düzülüşdən sonra 2 km uzunluqda olan Dövlət Bayrağı başda DSX-nin rəhbər heyəti, generallar və zabitlər olmaqla 2000 nəfərdən çox sərhədçinin çiyinləri …

Ətraflı oxu »

Təyyarə və helikopterlər Bakı səmasında uçuşları davam etdirir

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri hərbi paradın məşqləri ilə bağlı uçuşları davam etdirir. APA-nın məlumatına görə, bu gün səhər saatlarında helikopter və təyyarələr Bakı buxtası üzərlərində növbəti uçuşlar həyata keçirib. Parad Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun 100 iliyi münasibətilə iyunun 26-da Bakının “Azadlıq” meydanında keçiriləcək.

Ətraflı oxu »

Leyla Əliyevadan bayram təbriki

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Azinforum.az  xəbər verir ki, L.Əliyeva bu barədə İnstaqram hesabında yazıb: “Əziz dostlar, sizi Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Allah hamıya xoş günlər qismət eləsin. Arzu və diləklərinizə görə minnətdaram. Şərhlərdə şeirlər yazan izləyicilərimə minnətdaram. Bu, çox …

Ətraflı oxu »