Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Xeyrəddin Qocadan ayətullahın təhdid mesajına reaksiya: “Ağzına gələni danışıb“

Xeyrəddin Qocadan ayətullahın təhdid mesajına reaksiya: “Ağzına gələni danışıb“

İran dini lideri Ayətullah Xamneyinin nümayəndəsi, Ərdəbil şəhərinin imamcüməsi Ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycanı hədələyib.

Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirən Amili Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb. Təbii ki, “Şir” deyəndə, ayətullah Amili İranı nəzərdə tutub.

Seyid Həsən Amilinin Azərbaycanı təhqir edən çıxışı bir neçə gündür ki, mətbuatda ciddi müzakirələrə səbəb olub. 

Yazıçı-publisist Xeyrəddin Qoca Yenisabah.az-a açıqlamasında deyib ki, din xadimlərinin bu günə kimi İrana cavab verməməsi ona da maraqlıdır:

“Nəyə görə cavab vermədiklərini bilmirəm. Amma çox güman ki, həmkar olduqlarına görə susurlar. Həmkar sözünü unutmayın. Ola bilsin ki, bu səbəbdən cavab vermirlər. Bilmirəm buna cavab vermək lazımdır, yoxsa yox”.

Xeyrəddin Qocanın sözlərinə görə, biz onları daha balaca heyvana bənzədə bilərik: 

“Burada problem yoxdur. Onlar özlərini şirə bənzədə bilərlər. Biz də onları hansısa heyvanın quyruğu adlandıra bilərik. Qeyri-adi bir şey yoxdur. Mən heç buna əsəbləşmirəm də. İnsandır, ağızlarına gələni danışıb. Burada da ağzına gələni danışanlar var”.

X.Qoca qeyd edib ki, insanlar iki dövlət arasında münasibətləri pozduqlarını anlamırlar:

“Əslində insanlar başa düşməlidirlər ki, iki dövlət arasında münasibətləri pozmaq olmaz. Kimsə həm orada, həm də burada ortalığı qızışdırıb, ara qatırlar. Bunlar olmamalıdır”.

Həmçinin oxuyun

Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş film çəkilib -VİDEO

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkilib. Filmin müəllifi …