Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Şou Biznes / Aşıq Zülfiyyə “ikinci restoran”ıyla bağlı fikirlərə aydınlıq gətirdi

Aşıq Zülfiyyə “ikinci restoran”ıyla bağlı fikirlərə aydınlıq gətirdi

“İkinci restoran almamışam”.
Bunu Qaynarinfo-ya açıqlamasında Aşıq Zülfiyyə pandemiya dövründə ikinci restoran alması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. O bildirib ki, əvvəlki birinci restoranının adını dəyişib:
“Artıq işə başlamışıq. İki restoran almağa mənim elə imkanım nə gəzir? Birinci restorandır, həm adını dəyişmişik, həm də təmir etdirdik. Əvvəl restoran gürcü adını daşıyırdı, sonra məsləhətləşdik ki, “Bizim ocaq” qoyaq. Adını da “Xan qızı Natəvan” Əədəbi birliyinin rəhbəri Rəna Mərzilinin istəyi ilə seçdik. Restoran özümə məxsusdur, Azərbaycan və gürcü mətbəxi hazırlanır. Çox gözəl gürcü yeməkləri verilir. Yeməkləri gürcü mətbəxini oxuyan bir azərbaycanlı hazırlayacaq və qiymətlər də münasibdir. “Bizim ocaq”da yeməklərin ucuz olmasının iki səbəbi var. Birincisi, mən ət və ət məhsullarını rayondan gətirirəm, ikincisi, məkan özümüzündür, icarə haqqı verilmir”.
Aşıq Zülfüyyə şənbə və bazar günlərində “Bizim ocaq”da musiqili gecə olduğunu da vurğulayıb:
“Ümumiyyətlə, uzun zamandır fikirləşirdim ki, gəlir gələn bir məkanımız olsun. Müəyyən bir vaxtdan sonra qazanc yerimiz olmalıdır, səhnə həmişə olmur. Restoran evimizin altında idi, əlimizdə olanı-olmazı satıb həmin məkanı aldıq. Pandemiya dövründə isə yenidən təmir etdirdik. Hər həftə musiqili gecəmiz olur, şairə xanımlar şeir deyir, müğənnilər oxuyur. Arada elə özüm də oxuyuram. Bu şənbə özüm oxuyacam. Kim istəyir, qapımız açıqdır. Bir sıra yeni mahnılar var, onların hər birini tamaşaçılarımız zamanla dinləyəcək”.

Həmçinin oxuyun

“Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik”

Türkiyəli müğənni Sibel Canın səsləndirdiyi “Tamam o zaman” mahnısının plagiat çıxdığı bildirilir. Bəstənin mərhum Xalq …