Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Kriminal / DSX və DTX Xəzər dənizində əməliyyat keçirib, saxlanılanlar var

DSX və DTX Xəzər dənizində əməliyyat keçirib, saxlanılanlar var

Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfi­zəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin güclən­dirilməsi, qaçaqmalçılıq və digər qanunsuz fəaliyyətlər ilə mübarizə sahəsində tədbirlər dаvаm еtdirilməkdədir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, cari ilin sentyabr ayının 21-də DSX və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi birgə tədbir nəticəsində dənizdə külli miqdarda tütün məmulatlarının qanunsuz qaçaqmal­çılığının qarşısı alınıb.

Salyan rayonu istiqamətindən naməlum 2 üzmə vasitəsinin rejim qayda­larını pozaraq icazəsiz olaraq gecə vaxtı dənizə çıxması barədə qabaqlayıcı məlumata əsasən DSX-nin Sahil Mühafizəsinin Xəzər dənizi­nin cənub istqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi qeyd olunan əraziyə göndərilib. Texniki müşahidə avadanlıqları və radarlar vasitəsilə üzmə vasitələrinin hərəkəti nəzarətə götürülmüş, sahildən 1.6 mil məsafədə 2 nəfər heyət üzvü olan 1 ədəd bort nömrəsiz “Yamaha-8” mühərrikli taxta tipli qayıq və onun yedəyində mühərrik­siz rezin qayıq saxlanılıb.

Üzmə vasitələrinin heyəti özlərini Neftçala rayonu, Qoltuq kənd sakinləri 1978-ci il təvəllüdlü Quliyev Süleyman Qəhrəman oğlu və 1987-ci il təvəllüdlü Abuşov Sahib Qarakişi oğlu kimi təqdim ediblər.

Qayıqlara baxış zamanı ümumilikdə 48 680 qutu müxtəlif növ tütün məmulatları (“Manchester”, “Magna”, “Senator”, “Kent”, “Platinum”, “King”, “Want”) aşkar edilib.

Fаkt ilə bağlı əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Həmçinin oxuyun

Fazil Mustafanı güllələməkdə ittiham olunan şəxslər onun məhkəməyə gəlməsini tələb edir

Deputat Fazil Mustafa güllələnməsi ilə bağlı məhkəmə iclaslarına gəlmir. Ona qarşı sui-qəsddə ittiham olunan şəxslər …