Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Tikinti “baronunun” həyat yoldaşı Novxanıda ağır qəza törətdi

Tikinti “baronunun” həyat yoldaşı Novxanıda ağır qəza törətdi

Abşeronda üç avtomobil toqquşub, 2 nəfər xəsarət alıb. Hadisə Duz gölünün yaxınlığında baş verib.

Belə ki, 90-HN-009 dövlət nişanlı “Mercedes” markalı avtomobili idarə edən Hüseynova Gülnar Əsəd qızı sükana nəzarəti itirib. Avtomobil “Nissan”a, daha sonra “Mercedes” və “VAZ 2106” markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəza zamanı üç nəfər xəsarət alıb.

Qeyd edək ki, “Mercedes Galandewagen”nin sürücüsü Gülnar Hüseynova “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşıdır.

Xatırladaq ki, iyun ayında Novxanı qəsəbəsində dörd nəfərin ölümünə səbəb olan qəza baş vermişdi. Belə ki, Məhərrəm Novruzovun kürəkəni Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” (dövlət nömrəsi 10 CO 002) yüksək sürətlə “Daewoo Damas”a çırpıllmışdı. Avtomobildə olan Murad Ziyadov, Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov yerindəcə ölmüşdü. Daxili İşlər Nazirliyi Elşad Kəlbəliyevin sərxoş vəziyyətdə olduğu bildirilmişdi. APA

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …