Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Tarixçi alimlərin 300-dək məqaləsi çapdan çıxıb

Tarixçi alimlərin 300-dək məqaləsi çapdan çıxıb

Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun 2017-сi ildəki elmi fəaliyyətinə həsr olunan hesabat yığıncağı keçirilib.

Tarix İnstitutundan verilən məlumata görə, tədbirdə bu elm müəssisəsinin direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov rəhbərlik etdiyi qurumun elmi-tədqiqat fəaliyyətinin daim ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu vurğulayıb. O deyib: “Tarix İnstitutunda aparılan tədqiqatlar Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında həyata keçirilir”.

Diqqətə çatdırılıb ki, 2017-ci ildə Tarix İnstitutunda 58 adda yeni kitab, institut əməkdaşlarının isə nüfuzlu elmi jurnallarda 275-dən artıq məqaləsi nəşr olunub. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsünə əsasən bu il İrəvan xanlığının tarixi ilə bağlı broşürlər (Azərbaycan və rus dillərində), ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımları barədə əsərlər, “Real tarix və “Böyük Ermənistan” uydurması” (Azərbaycan, rus və ingilis dillərində) və digər kitablar çapdan çıxıb.

Cari ildə Tarix İnstitutu tərəfindən bir sıra elmi konfranslar, “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində şagirdlərlə görüşlər təşkil olunub.

AMEA-nın İctimai Elmlər Bölməsinin (İEB) akademik-katibi, akademik Nərgiz Axundova, tarixçi alimlər Cəbi Bəhramov, Tofiq Mustafazadə, Hacı Həsənov və başqaları çıxış edərək Tarix İnstitutunun 2017-ci ildə gördüyü işləri yüksək dəyərləndiriblər.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …