Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Bölgələr / “Quba Rixos” haqda şok iddia: 20 manata intim xidmətlər təklif edilir …

“Quba Rixos” haqda şok iddia: 20 manata intim xidmətlər təklif edilir …

Azərbaycanda fəaliyyət göstərən otellərdən şikayətlər günü-gündən artır. Otellərdə xidmət səviyyəsi, qiymətlər, şərait ən çox müzakirə olunan məsələlərdəndir.
AZXEBER.COM-a müraciət edən vətəndaş Rəşid Məmmədov “Quba Rixos” oteldən şikayətçi olduğunu deyib.
O ölkənin ən prestijli otellərindən hesab olunan “Quba Rixos”in SPA mərkəzi haqda deyib: “Quba Rixos” otelin SPA mərkəzində masajçılar tərəfindən əlavə 20 AZN ödəməklə intim xidmətlər təklif olunur. Mən bunu sübut edə bilərəm, 5-6 nəfər adam var ki, bu xidmətdən istifadə edib”.
Şikayətçi deyib ki, bu cür hərəkətlərlə bağlı otel rəhbərliyinə də müraciət edib: “Bu hərəkətlər o cür otelə ləkədir. Bunu dəfələrlə rəhbərliyə desəm də, onlar mənə qulaq asmaq istəmədilər. Ailəylə gedib, dincəldiyimiz yerdə bu hərəkətlər yolverilməzdir”.
AZXEBER.COM bu iddia ilə bağlı adıçəkilən otelin SPA mərkəzi ilə əlaqə saxlayıb. Mərkəzin meneceri Üzeyir adlı şəxs şikayətdən xəbərdar olduğunu və bunun şər-böhtan adlandırıb: “Adıçəkilən şəxs bizim daimi müştərimiz olub. O bizdən 50% endirim istəyib, biz isə bunun mümkün olmadığını və ən çox 10% endirim edə biləcəyimizi demişik. Bundan sonra o belə yola əl atıb və şər, böhtan kampaniyasına başlayıb. Bir daha deyirəm ki, bütün bu iddialar əsassızdır və şər, böhtandır. Bizim mövqeyimiz budur”.

Həmçinin oxuyun

Kürdə batan ata və qızın yaxınları danışdılar: “Uşaq əlindən çıxıb düşüb suya…” – VİDEO

Kürdə batan ata və qızı ilə bağlı bəzi detallar məlum olub. Baku TV-yə danışan ata …