Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Tanınmış jurnalist ağzını “tikərək”  aclıq aksiyasına başladı 

Tanınmış jurnalist ağzını “tikərək”  aclıq aksiyasına başladı 

Məşhur hərəkatçı və sabiq siyasi məhbus, tanınmış jurnalist Fərəməz Novruzoğlu bu gündən ağzını tikməklə etiraz aksiyasına başlayır. Bu barədə məlumatı Strateq.az-a jurnalistin özü verib. O, bildirib ki, aksiya keçirməyə onu vergi orqanlarının qərəzli fəaliyyəti məcbur edib:

“Bilirsiniz ki, sonuncu dəfə Prezidentin fərmanı ilə əfv edildikdən sonra, mən jurnalistikadan aralanıb kiçik bizneslə məşğul olmağa başlamışam. Metronun “Gənçlik” stansiyasına yaxın yerdə balaca bir mağazanı icarə götürüb işlədirdim. Bu işə başladığım gündən vergi işçilərinin qanunla uzlaşmayan basqılarına məruz qalmışam. Artıq ikinci dəfədir ki, heç bir əsas olmadan məni külli miqdarda cərimə edirlər. Bir sözlə, işləməyə qoymurlar. Bu səbəbdən də, ağzımı “tikməklə” müddətsiz aclıq aksiyasına başlayıram”.

Strateq.az hadisəni diqqətdə saxlamaqla ətraflı məlumat verməyə çalışacaq.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın