Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Təcili yardım maşınları 800 ildir yol gəlir

Təcili yardım maşınları 800 ildir yol gəlir

Yolda hər hansı bir təcili yardımın keçdiyini gördükdə hər kəsin qəlbindən keçən içəridəki xəstəyə “Allah şəfa versin” deməkdir. Təcili yardım maşınlarının rolu əvəzedilməzdir. Çünki bu maşınlar milyonlarla insanın həyatını xilas edir. 

Lakin insan övladının vazkeçilməz maşını olan bu unikal nəqliyyat vasitələri birdən-birə günümüzdəki texnikaya sahib olmayıb. Onların yaranma tarixi uzun bir proses olub, 12-ci əsrə qədər gedib çıxır və Avropada əsgərlərin daşınması ilə yaranır. Təcili yardım maşınları haqqında hər hansı bir yazı yazarkən öncə “Malta xaçları”nı qeyd etmək lazımdır. Bu gün“Qırmızı Xaç” cəmiyyəti də adını ondan götürüb.

“Malta xaçları” və yaxud da “ST Con Cəngavərləri” 1080-ci ildə səlib yürüşləri zamanı təsis olunub və səlib yürüşlərində xəstələnən, yaralananlara tibbi yardım göstərib.

Dilimizdə “təcili yardım” (ambulans) adlanan bu maşınlar öz adını latın mənşəli “ambulare” sözündən götürüb. Mənası gəzmək və yaxud hərəkət etmək deməkdir. Qədim zamanlarda xəstələr, yaralılar at arabalarında və yaxud da insanların özü tərəfindən daşınıb. Xəstələrin daşınması üçün ilk dəfə 1487-ci ildə İspaniyada fövqaladə hallar nəqliyyatı istifadə edilməyə başlanıb və yaralı əsgərlər vaqonlarda daşınıb.
Müasir dilllərdə bu “ambulans” adlanır, mənası “səyyar hospital sahəsi” deməkdir və ilk dəfə 1809-cu ildə Fransada işlənib. 1792-ci ildə Fransa ordusunun cərrahiyə bölməsinin rəhbəri Baron Larrey dünyada ilk dəfə ordu daxilində tibbi hərbi xidmət qrupunu təsis edib.

Hospitallarda təlim görənlər döyüş meydanlarından əsgərlərə ilk tibbi yardımı göstərir və sonra onların daşınmasını təmin edirmişlər.

İlk təcili yardım maşınları

XX əsrdən əvvəl xəstələr at arabalarında, velosipedlər vasitəsi ilə daşınıb. Məsələn, 1861-65-ci illərdə Amerikada gedən vətəndaş müharibəsində yaralılar bu tip at arabalarında döyüş meydanlarından çıxarılıb. Uilyam Hammond 1862-ci ildə ümumi cərrahiyə ofisinin başına keçmədən belə arabalar ümumi istifadədə olmayıb.

Hammond is strukturunu qura bilib. Belə ki, yaralı əsgərlərin daşınma məsuliyyəti əsgərlərdən alınıb və səhiyyə işçilərinə həvalə edilib.

“Ambulans-vaqon-sürücüləri”nin təyin edilməsi üçün xüsusi hərbi idarə yaradılıb. Nəhayət, Hammond hər 150 əsgərin daşınması üçün bir ambulans, yəni təcili yardım vasitəsində ilk tibbi yardımı təmin edə bilir.

Ambulanslar və hospitallar

Əksər insanlar ambulans deyəndə xəstələri hospitallara çatdıran nəqliyyat vasitəsi kimi təsəvvür edir. İlk dəfə hospital-ambulans xidməti Ohayo ştatında Sinsinnati bölgəsində 1865-ci ildə istifadəyə verilib. Məşhur ambulans xidmətləri isə Nyu-Yorkda yerləşən Bellevyu hospitalının olub. 1869-70-ci illərdə başlanan xidmət təxminən 1400 təcili yardım çağırışı alıb. 1890-cı ilə qədər Nyu-York ambulans maşınları il ərzində 4400 təcili yardım çağırışına cavab verib.

Vətəndaş müharibəsi illərində istifadədə olan at arabalarından fərqli olaraq, bu ambulanslar xəstələri daha rahat şəraitdə hospitala çatdırıb. Nyu-York ambulans servisi gün ərzində hər 30 saniyədən bir çağırışlara cavab verib. Bundan əlavə, bu maşınlarda müəyyən tibbi ləvazimatlar da olub.

Ambulans maşınları nə zaman motorlu oldu?

Minik avtomobillərinin ixtirası ilə ambulanslar da inkişaf etdirildi. Buxarla, elektriklə və nəhayət, benzinlə hərəkət etdirilən təcili yardım maşınları yaradıldı. İlk motorlu təcili yardım maşını 1899-cu ildə Çikaqoda yerləşən Maykl Ris hospitalına məxsus olub.

İlk dəfə seriyalı təcili yardım maşınları 1909-cu ildə “Son&Company” şirkəti tərəfindən Nyu-Yorkda istehsal edilib. Bu 32 at gücündə olan təcili yardım maşını “Model 774 Avtomobile Ambulance” adını daşıyıb. Bu maşınlar I dünya müharibəsində istifadə olunub. Bu maşınlarda xəstə ilə yanaşı iki nəfər tibbi işçisinin də otura biləcəyi işıqlı salonu olub.

Səyyar hospitalllar kimi təcili yardım maşınları

Tibb elmi və texnologiya inkişzf etdikcə təcili yardım maşınları daha da əhəmiyyətli rol almağa başladı. Onlar artıq bir nəqliyyat vasitəsi olmaqdan çıxdılar və səyyar xəstəxanalara çevrilməyə başladılar.

1965-ci ildə Milli Elmlər Akademiyası tərəfindən “Qəza nəticəsində ölüm və əlillik” haqqında məqalə dərc edilir. Bu məqalədə ilk dəfə təcili yardım maşınlarının effektləri və təhlükələri haqqında bəhs edilib. Məqalədə bildirilir ki, təcili yardım maşınlarının tam statusu bəlli deyil və sərnişin daşıyan maşın olduğundan bəhs edilir. Bundan əlavə, məqalə bu maşınlarda kimlərin olması gərəkliliyindən də bəhs edir. Bu gün həkim köməkçiləri və tibb bacıları proqramları da bu məqalə əsasında yaradılmağa başlanıb.

1966-cı ildə Milli Magistral və Yol Administrasiyası idarəsi təcili yardım maşınlarının tikintisi üçün standartlar müəyyən edir.

Modern ambulans texnologiyaları

Müasir ambulanslar o qədər tibbi ehtiyacları qarşılayacaq şəkildə istehsal olunur ki, böyük ölçüdə tibbi yardım maşın hərəkətdə olarkən göstərilmiş olur. Hətta eyni vaxtda bir neçə xəstəni daşıya biləcək ambulanslar da mövcuddur. İstəyə görə ən müasir texnologiyaya sahib ambulanslar istehsal olunur.Musavat.com

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …