Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Fuad Cabbarov ATV-də vitse-prezident, yoxsa ARB Kəpəz-də baş direktordur?

Fuad Cabbarov ATV-də vitse-prezident, yoxsa ARB Kəpəz-də baş direktordur?

Xəbər verdiyimiz kimi ATV telekanalına bir müddət öncə vitse prezident təyin olunduğu deyilən Fuad Cabbarovun vəzifəsindən imtina etdiyini bildirmişdik.
Məsələni aydınlaşdırmaq üçün “ARB Media Qrup”un rəsmisi İsmayıl Həsənovla əlaqə saxladıq.

İ.Həsənov məlumatı saytımıza təsdiqləyib:

“KİV-də “ARB Kəpəz” telekanalının baş direktoru Fuad Cabbarovun vəzifəsindən azad olunaraq, başqa bir televiziyada rəhbər vəzifəyə təyin olunduğu barədə məlumat yayılmışdı.

“ARB Media Qrup” olaraq bu məsələ ilə bağlı heç bir rəsmi münasibət bildirməyə ehtiyac görməmişdik. Həmçinin digər telekanaldan da təyinatla bağlı açıqlamaya rast gəlməmişəm. Bildirmək istəyirəm ki, Fuad Cabbarov işindən ayrılmayıb, o, son on gün ərzində şəxsi işləri ilə bağlı Bakı şəhərinə gəlmişdi, artıq Gəncəyə qayıdıb və hazırda da ARB Kəpəz telekanalına rəhbərlik edir”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …