Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Şuşanın icra başçısından həbsdə olan həmkarları ilə bağlı suala CAVAB – “Əskim tüstülüdür”

Şuşanın icra başçısından həbsdə olan həmkarları ilə bağlı suala CAVAB – “Əskim tüstülüdür”

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov son günlər korrupsiya və rüşvətxorluğa qarşı həyata keçirilən mübarizə ilə bağlı danışmaqdan imtina edib.

Dia.az xəbər verir ki, Bayram Səfərov demokrat.az-ın sualına cavabında icra başçılarının həbsindən danışmaq istəmədiyini bildirib.

O, fikirlərini belə əsaslandırıb: “İcra başçılarının həbsi ilə bağlı mənə sual verməyin, mən o səlahiyyətdə deyiləm.

Siz bu barədə deputatlara sual verin. Xahiş edirəm ki, məni danışdırmayın, mənim əskim tüstülüdür”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …