Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Məni şantaj edir, şər atır, qızlara əxlaqsız təklif etməmişəm”

“Məni şantaj edir, şər atır, qızlara əxlaqsız təklif etməmişəm”

“Aldanmış hisslər” serialının rejissoru Faiq Nağıyev haqqında səsləndirilən ittihamlara cavab verib.

Musavat.com-a açıqlama verən rejissor ekran işində rol alan aktyor Famiz Hüseynovun “Faiq serialda rol alan aktrisalara əxlaqsız təklif edir” sözlərinə münasibət bildirib: “Famizin aktyorluq bacarığı yoxdur, onu serialdan mən uzaqlaşdırmışam. Ona yazılan səhnələri icra edə bilmirdi, dubl səhnələri çox olduğu üçün onu uzaqlaşdırmışam. Onun hekayəsi də bitib. O şər atır ki, serialda qalsın. Hekayəsi bitmiş adam serialda işinə necə davam edə bilər? O serialda qonorar almadan çəkilməyə razı olub. Onunla müqavilə imzalamamışıq. Onun mənim haqqımda dedikləri ilə bağlı hüquq-mühazifə orqanlarına müraciət etmişəm. Onun hansı yuvanın quşu olduğu, kimliyi barədə bütün məlumatları polisə vermişəm. Həmin adam haqqında cinayət işi başlanılıb, məsuliyyətə cəlb olunacaq. Famizin dedikləri tam olaraq böhtan və şərdir”.


F.Nağıyev bildirib ki, serialın çəkilişləri davam edir: “Ssenariyə uyğun olaraq baş rollarım yerindədir. Işimiz ssenariyə uyğun davam edir. Hər gün çəkilişimizi davam etdiririk. Biz cənab prezident İlham Əliyevin missiyasını həyata keçiririk, onun aksiyasına qoşulmuşuq, xalqa xidmət edirik. Bu çətin dövrdə xalqa pulsuz xidmət etdiyimiz dövrdə hər kim təmənna güdürsə, onlarla başqa cür danışmaq lazımdır. Kimsə haqsız olaraq haqqımda yalan xəbərlər yayırsa, mən də sakit qalmayacağam”. 

O, daha sonra aktrisa Aysel Nazim və Rəşad Kəsəmənlinin qonorar verilmədiyi üçün serialdan uzaqlaşmasına aydınlıq gətirib: “Mənim işçi və xidməti müqavilə əsasında, qanunu olaraq,  aktyorluqla məşğul olan aktyor və aktrisalarım var ki, onlar 4 seriyada pulsuz çəkiləcəyinə imza atıb. 4 bölümdən sonra ödəniş alacaqlar. Müqavilədə hər kəsin bölüm başına alacağı qonorar göstərilib. Aysel Nazim 4 bölüm çəkilməyib, cəmi bir səhnəsi olub. O da aeroportda təyyarədən düşmə və maşında  Rəşad Kəsəmənli ilə söhbət etmə səhnəsidir. Rəşad Kəsəmənlinin də 2 səhnəsi olub, o da Kazım Abdullayev ilə dialoq və maşında Aysellə söhbət səhnəsidir. 4 bölüm olmayıb. Koronavirus pandemiyası yayılandan sonra Mədəniyyət Nazirliyi və Daxili İşlər Nazirliyi sağ olsun, rəsmi şirkət olduğum üçün çəkilişləri davam etdirməyimə şərait yaratdı. Biz də qaydaları pozmadan işimizi davam edirik. Amma sponsorlarla bağlı problem olduğu üçün ödənişlərimiz dayandı. Bu, o demək deyil ki, aktyor heyətini pulsuz işlədirəm. Ayselin 4 bölümü tamama olmayıb. Rəşad iki səhnəyə çəkilib. Gününü 150 manatdan hesablasaq, 300 manat pul edir. Onun qəlyanlarına xərclədiyim pulu nəzərə alsa, pul istəməz, kimin kimə borcu olduğunu anlayar”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …