Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Şeyx çağırış etdi: “Siz də bu xalqın, torpağın oğlusunuz”

Şeyx çağırış etdi: “Siz də bu xalqın, torpağın oğlusunuz”

“Bəzi insanlar içimizdə olan mənəvi boşluqdan istifadə edərək zəfərə müəyyən ləkələr salmağa çalışırlar. Xalqımız birləşərək Qarabağ müharibəsini qələbə ilə başa vurdu. Gələcəyin bərpası, eləcə də Azərbaycanın bütövlüyü və birliyi nəinki xaricdə, həmçinin ölkə daxilində davam etməlidir”.

Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Real TV”yə müsahibəsində deyib.

“Gizli deyil ki, bəzi qüvvələr ölkə daxilində və ya xaricində qələbəni qəbul edə bilmir, dövlət başçısının apardığı bu siyasətə bəzən qiymət verə bilmir. Onlara çağırış edərdim ki, siz də bu xalqın, torpağın oğlusunuz. Onların qardaşları, oğulları torpaq uğrunda qan töküb. Bu torpağı birlikdə qorumalıyıq. Dəvət edirəm ki, vətəni sevib qorumağı bacarsınlar. Elə məqamlar var ki, təhlükəsizliyimizə zərər verir, bu şeylərə qoşulmasınlar. İnsanlarda səhv ola bilər, ancaq vətənə qarşı təhlükəli sözlərin deyilməsinə və xarici qüvvələrin istifadəsinə imkan yaratmasınlar. Bunları tövsiyə edirəm”. /Report

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …