Ana səhifə / Cəmiyyət / Deportasiya Qurbanları Cəmiyyəti Teymur Əhmədovun vəfat ilə bağlı başsağlığı verib

Deportasiya Qurbanları Cəmiyyəti Teymur Əhmədovun vəfat ilə bağlı başsağlığı verib

Xəbər verdiyimiz kimi, “Respublika” qəzetinin baş redaktoru, professor, “Şöhrət” ordenli publisist Teymur Əhmədov vəfat edib.

Deportasiya Qurbanları Cəmiyyətinin sədri Köçəri Nağıbəyli professor Teymur Əhmədovun vəfatı ilə bağlı başsağlığı verib. O qeyd edib ki, uzun illər Teymur Əhmədovla yaxın dost olublar: “Teymur müəllimlə  Azərbaycan Qaçqınlar Cəmiyyətinin İdarə Heyətində birlikdə çalışmışıq. Meydan hərəkatı illərində mənim rəhbərlik etdiyim “Zəngəzur” cəmiyyətinin mətbuat orqanı olan “Ata yurdu” qəzetinin ilk baş redaktoru olub. Həmçinin, aramızda yaş fərqi olmasına baxmayaraq yaxın dost olmuşuq”.

Deportasiya Qurbanları Cəmiyyətinin rəhbərliyi – İdarə Heyətinin sədri, hüquqşünas Köçəri Nağıbəyli, professorlar Firudin Cəlilov, Eldar Abbasov, Paşa Qəlbinur, Xalq şairi Vahid Əziz, ordu generalı Əli Ömərov, hüquqşünas Məzahir Şahvələdov görkəmli ziyalımızın vəfatından dərin kədər hissi duyur. Ailəsinə, yaxın dostlarına və bütün xalqımıza başsağlığı verir”.

Qeyd edək ki, Əhmədov Teymur Əkbər oğlu 25 dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan olub. O, 1936-cı ildə ailəlikcə valideynlərinin vaxtilə deportasiya olunduğu İrəvana köçüb. 1949-cu ildə Qərbi Azərbaycanın Zəngibasar (indiki Masis rayonu) rayonunda orta məktəbi qızıl medalla bitirib, təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində davam etdirib (1949-1954).

1961-1964-cü illərdə Nizami adına Dil və Ədəbiyyat İnstitutunda aspirantura təhsili alıb, “Nəriman Nərimanovun dramaturgiyası” mövzusunda namizədlik (1966), “Nəriman Nərimanovun yaradıcılıq yolu” mövzusunda doktorluq işi müdafiə edib. 1984-cü ildə nəşr edilən “Nəriman Nərimanov” kitabı rus, ingilis, fransız və ərəb dillərində kütləvi tirajla nəşr edilib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …