Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Sabiq bank rəhbəri Ali Məhkəməyə müraciət etdi

Sabiq bank rəhbəri Ali Məhkəməyə müraciət etdi

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin sabiq sədri Pərvanə Novruzova və bankın digər 3 vəzifəli şəxsi – Elnur Həmidov, Eşqin İsmayılov, Anar Həsənovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses yanvarın 11-nə təyin edilib.

Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

Onlar barəsində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib.

Qeyd: P.Novruzovanın barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, küllü miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 195.2-ci (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 313-cü (Vəzifə saxtakarlığı) və digər şəxslərin barəsində isə 313-cü və 308.2-ci maddələri ittiham irəli sürülüb.

Xatırlatma: 2016-cı ildə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə “Gəncəbank” ASC müflis elan edilib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …