Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Polkovnik oğlu olsam da, fəhləlik edirdim“ – Bəhram Bağırzadə

“Polkovnik oğlu olsam da, fəhləlik edirdim“ – Bəhram Bağırzadə

“Cavan illərimdə əzab-əziyyət çəkmişəm, kağız daşımışam. Allah qismət edib ki, bu kağızlar kitaba çevrilib. Onunla evimə ruzi aparıram. Hamısı zəncirvari biri-biri ilə bağlıdır.  İndi gənclər deyirlər ki, iş yoxdur. Onu-bunu edə bilmirəm. Baxıram ki, işdən çox iş var. Sadəcə hərəkət etmək lazımdır”. 

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə “Dikdaban” verilişində deyib. Aktyor polkovnik oğlu olsa da, fəhləlik etdiyini bildirib:

“Mən polis, polkovnik oğlu olsam da, o vaxt heç nəyə baxmadım, getdim fəhləlik etdim. Bu gün isə Allah mənə ruzimi verir. İndi fəhlə, santexnik, elektrik tapmaq olmur. Deyirsən, gəl işlə, cavab verir ki, işləyə bilmərəm. O zaman biz cavan uşaqlardıq, heç nəyin fikrini çəkmirdik. İşləyirdik, pul qazanırdıq. Bilirəm ki, əgər sabah başıma bir iş gəlsə, fəhləçilik edə bilərəm. Bundan qorxmuram, çəkinmirəm. Taksidə də, marketdə də işələyə bilərəm. Nə efir vasitəsi ilə nə xanımımın, nə övladlarımın yanında boynu bükük, aciz vəziyyətdə “Yoxdur, alınmır” demərəm”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …