Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / SƏYYAR ƏLİYEV: “Hətta ermənilərin özləri belə erməni terrorunun qurbanı olub”

SƏYYAR ƏLİYEV: “Hətta ermənilərin özləri belə erməni terrorunun qurbanı olub”

Rusiyalı politoloq, “XX yüzillikdə transmilli erməni terrorunun tarixi” kitabının müəllifi Oleq Kuznetsov Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, biz Rusiyada milli tariximizə keçən ilk terrorun çeçen və ya Şimali Qafqazdakı müsəlman terrorçuları tərəfindən deyil, erməni millətçiləri tərəfindən həyata keçirildiyini unuduruq:
“Moskva metrosunda ilk partlayış 8 yanvar 1977-ci ildə baş verib və ermənilər tərəfindən törədilib. Gələn il Rusiya tarixinə düşən bu faciəvi hadisənin 40-cı ildönümü tamam olur”.
O.Kuznetsov qeyd edib ki, SSRİ-nin süqutunun əsas səbəblərindən biri də Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə nəticələnən Ermənistan-Azərbaycan münaqişəsi olub.
Politoloqun sözlərinə görə, erməni terroru XIX əsrin sonlarından meydana çıxıb: “Ermənilər əvvəlcə sosial-dini qruplaşma kimi fəaliyyət göstərirdi. Lakin əsrin sonlarına yaxın ermənilər arasında sosial-siyasi qruplaşmalar meydana gəlməyə başladı ki, onlar da öz ideallarının reallaşması üçün terroru vasitə olaraq istifadə etməyə başladılar. Erməni siyasi qruplaşmalarından “Hnçak”, “Daşnaksütyun” açıq şəkildə terrorun öz siyasi fəaliyyətlərinin başlıca vasitəsi olduğunu deyirdilər. Bunun belə olmasının obyektiv səbəbləri var: ermənilər heç vaxt, heç yerdə etnik çoxluq olmayıblar. Və buna görə də hər hansı ərazi vahidindən, onun resurslarını səfərbər edərək, milli dövlətlərini yaratmaq üçün istifadə edə bilməzdilər. Çünki Qafqaz xəritəsində elə nöqtə yoxdur ki, ermənilər say etibarilə digər etnik, dini qrupları üstələsin. Onların müharibəyə pulu olmayıb. Terrorizm isə iqtisadi nöqteyi-nəzərdən hakimiyyət uğrunda mübarizənin ən ucuz vasitəsidir. İstənilən halda, bu, marginalların apardığı mübarizədir”.
Erməni terrorunun erməni sosialistlərinin məhsulu olduğunu deyən O.Kuznetsov onların hətta erməni qriqoryan kilsəsinə qarşı da terror həyata keçirdiyini diqqətə çatdırıb.
Xatırladaq ki, “XX yüzillikdə transmilli erməni terrorunun tarixi” kitabı SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin xidməti materialları, erməni terrorçularının Azərbaycan və Rusiya ərazisində törətdiyi cinayətlərə dair işlər əsasında yazılıb.
Rusiyalı müəllifin ermənilərin terrora meylli olmasının səbəblərindən biri kimi onların heç vaxt, heç yerdə etnik çoxluq olmaması ilə izah etməsini nə dərəcədə əsaslı saymaq olar?
Tarix üzrə fəlsəfə doktoru  Səyyar Əliyev “Bakı-Xəbər”ə  açıqlamasında bildirdi ki, biz dünyanı inandırmağa çalışırıq və inandıra bilmişik ki, erməni terroru bəşəriyyətə qarşı yönələn sistemli bir fəaliyyətdir:

“Bu barədə bizim öz alimlərimizin də qələmə aldığı çoxlu sayta kitab var. Həmin əsərlərdə erməni terrorizminin başlıca mahiyyəti özünü göstərir. Azərbaycan ərazisində zaman-zaman terrorun baş qaldırmasının, erməni terrorçu, separatçı qüvvələrinin bu torpaqları ələ keçirmək üçün çoxşaxəli, mürəkkəb bir doktrina ortaya qoyması nəticəsində, təbii ki, “erməni terrorizmi” adlı bizim bu gün tanıdığımız, dünyanın da tanıdığı, amma çox zaman susduğu sistemli fəaliyyət ortaya çıxır. Erməni terrorizmi münbit zəmində – multikulturalizm mühitinin, etnik və dini müxtəlifliyin olmadığı yerdə işləməyə başlayır. Yəni insanlığa qarşı, onun mənəvi, ideoloji dəyərlərinə qarşı olan hər nə varsa, keçmişi və gələcəyi, yaddaşı olmayan bir yerdə heç nə baş verə bilməz. Zaman-zaman erməni terrorizminə Azərbaycan ərazisində yaşayan ən müxtəlif xalqların nümayəndələri məruz qalıb. “Böyük Ermənistan” və “erməni genosidi” əfsanələrini uyduran erməni millətçiləri XX əsrin əvvəllərində Şərqi Anadoludan Fərqanəyədək geniş bir məkanda dilindən, dinindən, yaşından və cinsindən asılı olmadan dinc, mülki əhaliyə qarşı soyqırımı siyasəti aparıb, milyonlarla insan – Anadolu türkləri, özbəklər, türkmənlər, farslarla bərabər, Azərbaycanda yaşayan xalqlar – azərbaycanlılar, ləzgilər, tatlar, yəhudilər, kürdlər, almanlar, ruslar, gürcülər, hətta ermənilər özləri belə bu erməni terrorunun qurbanı olmuşlar. Erməni terroru, ümumiyyətlə, bəşəriyyətə qarşı yönələn sistemli bir fəaliyyətdir. Çox sevindirici haldır ki, bu cür tədqiqatlara başqa millətdən olan alimlər və politoloqlar maraq göstərir. Ermənilərin yaşadığı məkanlarda etnik azlıq olması da onların millət olaraq terrora meyllənməsinə rəvac verəm amillərdəndir. Ən başlıcası olmasa da, əsaslıdır. Çünki böyük iddiaları həyata keçirmək üçün istəklərlə imkanlar uzlaşmayanda hansısa qanunsuz üsullara əl atılmalıdır. Ermənilərin də iştahası böyük olduğu səbəbindən, onlar terroru seçib”
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın