Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Ramil Usubov yeni rəis təyin etdi

Ramil Usubov yeni rəis təyin etdi

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə yeni rəis təyin olunub.

Azinforum.az-ın APA-ya istinadən məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin rəisi, polkovnik-leytenant Vüqar Xəlilov vəzifəsindən azad edilərək Kəpəz rayon Polis İdarəsinə rəis təyin olunub.

O bu gün işləyəcəyi kollektivə təqdim edilib.

Qeyd edək ki, Kəpəz rayon Polis İdarəsinin rəisi Azər Tağıyev ötən ilin dekabr ayında daxili işlər nazirinin əmri ilə Saatlı rayon Polis Şöbəsinə rəis təyin edilmişdir.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …