Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Qusarda 2 uşaq anası yoxa çıxıb – (VİDEO)

Qusarda 2 uşaq anası yoxa çıxıb – (VİDEO)

Qusarın Qullar kənd sakini 29 yaşlı Rəna Mehdiyeva itkin düşüb. Qayınanasının dediyinə görə, Rəna ilə aralarında heç vaxt problemləri olmayıb.

Rəna 2 ay xəstəxanada müalicə alıb. Evə qayıtdıqdan sonra onda dəyişiklik baş verib. Rəna həyat yoldaşından ayrılmaq istəyib. Səbəb isə onun görüdüyü yuxu olub.

Ən maraqlısı odur ki, Rəna evdən gedən zaman məktub yazıb. Məktubda ailə üzvlərindən narazı olmadığını bildirib.

Bundan sonra Rəna evdəkilərlə sağollaşıb. Yazdığına görə, Bakıdakı bacılarının yanına üz tutub. Amma bacıları onu Qusara bibisigilə göndərib. 4 gün orda qalan qadın həmin evdən yoxa çıxıb. Bundan sonra heç kim ondan xəbər ala bilməyib.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …