Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Qurban Yetirmişli: “Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilmir”

Qurban Yetirmişli: “Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilmir”

“Azərbaycanda yaxın zamanlarda dağıntılara səbəb ola biləcək zəlzələ gözlənilmir”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Türkiyənin Elazığ və Malatya şəhərlərində 6.8 bal gücündə baş verən zəlzələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda hər gün təkanlar olur: “Elə bir gün yoxdur ki, yeraltı təkan qeydə alınmasın. Sadəcə olaraq zəif təkanlardır. Amma təbii ki, Türkiyənin Elazığ və Malatya şəhərlərində baş verən zəlzələnin Azərbaycana heç bir təsiri ola bilməz. Çünki burada ən azından məsafə amili var”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …