Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Qızıl çıxaran azərbaycanlı iş adamı Afrikada yol qəzasında öldü – FOTO

Qızıl çıxaran azərbaycanlı iş adamı Afrikada yol qəzasında öldü – FOTO

Afrikada qızıl çıxarılması ilə məşğul olan “Arifoglu Gold” şirkətinin rəhbəri Məmmədpaşa Axundov yol qəzasında vəfat edib.

Bu barədə “Qafqazinfo”ya onun yaxınları məlumat verib. Bildirilib ki, bir müddətdir Mavritaniya və Mali Respublikalarında mədənçilik və xeyriyyə işləri ilə məşğul olan iş adamı avtomobil qəzası səbəbindən həyatını itirib.

Qeyd edək ki, M.Axundov Afrika ölkələrində xəstəxana və məktəblərin tikintisi, içməli su quyularının qazılması kimi xeyriyyə işləri ilə məşğul olub.


Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …