Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Zelenskidən 9 May XƏBƏRDARLIĞI: “Putinin bunu etməsi…”

Zelenskidən 9 May XƏBƏRDARLIĞI: “Putinin bunu etməsi…”

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 9-da Rusiya dövlət başçısı Vladimir Putinin Ukraynaya müharibə elanın edəcəyi ilə bağlı yayılan məlumatları şərh edib.

O bu barədə “Fox News”a müsahibəsində danışıb.

“Müharibənin açıq şəkildə elan edilməsi ümumi səfərbərlik deməkdir. Bu bizim üçün heç nəyi dəyişməyəcək. Söhbət müharibə elan edilməsindən gedir. Biz 8 il 70 gündən artıqdır ki, tammiqyaslı müharibə içərisindəyik. Rusların axtardığı qələbə sivil dünyanın məğlubiyyəti olacaq. 9 May dünyanın yaddaşında faciə, qanlı gün və unudulmaz bir gün kimi qala bilər” – Zelenski bildirib.

Qeyd edək ki, bu ayın əvvəlində Ukrayna kəşfiyyatı son üç ayda canlı qüvvə itkisinə görə Rusiyanın Ukraynaya genişmiqyaslı müharibə elan etməyə hazırlaşdığı ilə bağlı məlumat yayıb. Bildirilib ki, Vladimir Putin bunu 9 mayda edə bilər. Müharibənin açıq elan edilməsi isə ümumi səfərbərlik deməkdir. Kremlin sözçsü Dmitri Peskovun isə kəşfiyyat tərəfindən səsləndirilən iddiaları inkar edib. (Publika.az)

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …