Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan və Türkiyə arasında yüklərin rəsmiləşdirilməsi proseduru sadələşdiriləcək

Azərbaycan və Türkiyə arasında yüklərin rəsmiləşdirilməsi proseduru sadələşdiriləcək

2018-ci ilin sonuna qədər Azərbaycan və Türkiyə arasında elektron imzanın qarşılıqlı tanınması təmin olunacaq.

Bu barədə Trend-ə hökümətdəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, bu sahibkarlara sərhədləri keçərkən yüklərin rəsmiləşdirilməsi prosedurunu sadələşdirməyə imkan verəcək və bu qlobal bazara çıxış və beynəlxalq ticarət münasibətlərinin inkişafı baxımından əhəmiyyətlidir: “Bu istiqamətdə işlər cari ilin aprelində Türkiyə tərəfi ilə imzalanan memorandum çərçivəsində aparılır. Azərbaycanlı mütəxəssislər bir sıra görüşlər keçirib və bu prosesi ətraflı öyrəniblər. Hazırda artıq elekton imzanın qarşılıqlı tanınması üçün texniki hazırlıq aparılır və biz ümid edirik ki, bu məsələ ilin sonuna qədər həll ediləcək”.

Daha əvvəl xəbər verildiyi kimi, Azərbaycan Türkiyə ilə elektron imza sertifikatlarının texnoloji cəhətdən qarşılıqlı tanınmasını təmin etməyə hazırdır. İşlərin qiymətləndirilməsi daha əvvəl yaradılmış birgə işçi qrupu keçirilib və onun rəyinə əsasən, bu texnoloji cəhətdən mümkündür.

Azərbaycan cari ilin mart ayında beynəlxalq müqavilələrdə elektron kommunikasiyalarвфт istifadəyə dair BMT-nin konvensiyasına qoşulub. Bu konvensiya elektron imzanın dövlətlərarası səviyyədə qarşılıqlı tanınması məsələsini sadələşdirəcək.

Daha əvvəl elektron imzanın qarşılıqlı tanınması barədə danışıqlar İran, Qətər və Ukrayna ilə də aparılıb.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …