Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Nazim İbrahimovun qardaşının şirkəti məhkəməyə verildi

Nazim İbrahimovun qardaşının şirkəti məhkəməyə verildi

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, ATV-nin sabiq prezidenti Tağı İbrahimovun şirkəti olan “Nehrəm Holdinq Kompani” MMC və onun qanuni təmsilçisi Əli Əliyev məhkəməyə verilib.
İddiaçı “MM Park” MMC, Qurbanov Şahlar Kamran oğlu və Əliyev Zaur Əli oğlu adlı vətəndaşlardır. İddia Nərimanov Rayon Məhkəməsinin hakimi Mehriban Əfəndizadənin icraatındadır. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir.
“Nehrəm Holdinq Kompani” MMC 20 oktyabr 1997-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 AZN-dir. 22 dekabr 2020-ci ildə şirkətin reyestr məlumatlarına dəyişiklik edilib. Güman ki, bu dəyişikliklə Əli Əliyev MMC-nin qanuni təmsilçisinə çevrilib. 
İddiaçılara gəlincə, “MM Park” MMC barəsində açıq mənbələrdə hər hansı məlumat yoxdur. 

Şahlar Qurbanov isə bundan əvvəl də “Nehrəm Holdinq Kompani” MMC-ni, eyni zamanda Nazim İbrahimovu məhkəməyə verib. O, iddiasında müqavilələrin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahələrinin istifadə və sahibliyə verilməsi barədə tələb irəli sürüb. İddia təmin edilib.
Lakin qarşı tərəflə qərarla razılaşmayıb. İş Ali Məhkəməyə qədər uzanıb. Məhkəmə çəkişməsinin nəticəsi barədə məlumat yoxdur. 
Şahlar Qurbanovun yenidən məhkəməyə müraciət etməsi bu çəkişmənin hələ də bitmədiyini göstərir. 

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …