Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Nazirliyin sənədləri saxtalaşdırmaqda ittiham etdiyi şirkət tenderin qalibi oldu

Nazirliyin sənədləri saxtalaşdırmaqda ittiham etdiyi şirkət tenderin qalibi oldu

Elm və Təhsil Nazirliyi ​​​​​​​Xalq Təhsili Muzeyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Alov-Mühafizə” MMC (VÖEN – 1601045851) olub.
“Alov-Mühafizə” MMC 2023-cü il ərzində (12 ay) Xalq Təhsili Muzeyinin mühafizəsini təşkil edəcək. Bu xidmətin qarşılığında Xalq Təhsili Muzeyi “Alov-Mühafizə” MMC-yə 54 min 800 manat 62 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “Alov-Mühafizə” MMC 21.04.2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Nizami rayonu, Əli Əliyev, ev 16, m. 68”də yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Talıbov Xalis Yunus oğludur.

Qeyd edək ki, bir-neçə gün əvvəl İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib. Müxtəlif dövlət qurumlarından daxil olmuş yekun protokollar təhlil edilərkən elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları adından təqdim edilən sənədlərin sahibkarlar tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələr müəyyən edilib. Sənədlərin saxtalaşdırılmasında iştirak edən şirkətlər arasında  “Alov Mühafizə” MMC-nin 10 saylı filialı və “Vətən-N Mühafizə Xidməti MMC”nin 8 saylı filialı da var. 
Onu da qeyd edək ki, “Vətən-N Mühafizə Xidməti” MMC 27.01.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Xəzər rayonu, Şüvələn ŞTQ, ev 921 K”da yerləşən MMC-nin nizamnamə kapitalı 300 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Qasımov Etibar Ağahüseyn oğlu olub.
Qasımov Etibar Ağahüseyn oğlu eyni zamanda Azərbaycanın tanınmış özəl mühafizə şirkətlərindən biri olan “Riyad Mühafizə Xidməti” MMC-nin qanuni təmsilçisidir.
Mətbuatda yayılan sənədlərdə (15 mart 2019-cu il tarixli) Qasımov Etibar Ağahüseyn oğlunun eyni zamanda “Alov-Mühafizə” MMC-yə rəhbərlik etdiyi (Baş idarə rəisi) qeyd olunub. Mətbuatda “Alov-Mühafizə” MMC-nin də “Riyad Mühafizə Xidməti” MMC-nin bazası əsasında yaradıldığı bildirilib.
Xatırladaq ki, bu ilin sentyabr ayında “Alov-Mühafizə” MMC-nin 1 milyon 985 min 767 manat 29 qəpik vergi borcu olub və bu qədər borcunun olmasına baxmayaraq MMC-nin müxtəlif filialları çoxsaylı tenderlərin qalibi olub. 

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …