Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / NAQİF HƏMZƏYEVİN VƏZİFƏSİNƏ TƏYİN OLUNAN “XƏMSƏ”-nin SAHİBİNİN BACISI OĞLUDUR

NAQİF HƏMZƏYEVİN VƏZİFƏSİNƏ TƏYİN OLUNAN “XƏMSƏ”-nin SAHİBİNİN BACISI OĞLUDUR

Azinforum.az xəbər verir ki, son bir neçə gün ərzində ətarfında böyük qalmaqalın yaşandığı  millət vəkili Naqif Həmzəyevin vəzifəsinə yeni təyinat olub. Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadə barəsində təhqiramiz ifadələr işlədən Naqif Həmzəyev Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birininci müavini vəzifəsini tuturdu.

Bu vəzifəyə icra başçısı Elmar Vəliyevin əmri ilə Elnur Rzayev təyin edilib.
Elnur Rzayev buna qədər Gəncə “Asan Xidməti”nin rəhbəri vəzifəsində çalışıb. Onun 36 yaşı var.
Azinforum.az-a məlum olub ki, Elnur Rzayev Mürvət Həsənli kimi tanınan iş adamının bacısı oğludur. Mürvət Həsənli “Xəmsə” şadlıq sarayı və bir sıra başqa biznes subyektlərinin sahibidir. 

 

gen

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın