Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Müharibə şəhidsiz olmur” – Novella Cəfəroğlu

“Müharibə şəhidsiz olmur” – Novella Cəfəroğlu

Azərbaycanda müharibə şəraitində informasiya müharibəsi tam normal və yüksək səviyyədə təşkil olunub.

Bunu bu gün keçirilən brifinqdə hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

O qeyd edib ki, bu prosesdə Azərbaycanın media sahəsində çalışanlar əlindən gələni edir və biz Ermənistana informasiya müharibəsində də üstünlük qazandıq: “Azərbaycan xalqı ilə həqiqətən qürur duyuram. Bu məqamda Azərbaycan xalqı yumruq kimi birləşərək mübarizəyə birlikdə başladı. Azərbaycan Ordusunun rəşadəti xalqın inamını artırdı. Müharibə şəhidsiz olmur. Şəhidlərimiz, yaralılarımız var. Bu prosesdə Azərbaycan Prezidenti əsl yeni siyasi liderlik nümayiş etdirdi. Artıq Azərbaycanın Ali Baş Komandanı bu iradəsi ilə bütün dünyaya liderlik nümunəsi təqdim etdi. Heç bir dövlət başçısında belə siyasi iradə görünməmişdi. Azərbaycan Prezidenti bu döyüşlərdə əsl sərkərdə, siyasi lider kimi tanındı. Bu, qürurvericidir. Prezidentin bu cür siyasi liderliyi bütün əhalini ətrafında birləşdirə bildi. Xalq Prezident ətrafında yumruq kimi birləşdi və nəticə məlumdur”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …