Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Ermənistan Laçın dəhlizini bağladı

Ermənistan Laçın dəhlizini bağladı

Ermənilər Dağlıq Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizinin bağlanması barədə qərar verib.

Bu barədə erməni mətbuatı məlumat verir. Məlumatı isə Qarabağdakı işğal idarəsi tərəfindən yayıblar.

Görünür ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti xaricində olan və 1992-ci ildə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Laçın bölgəsinin bir hissəsi – Laçın dəhlizi erməni əhalisinin Qarabağdan Ermənistana kütləvi şəkildə köçmələri səbəbindən bağlanıb.

Bir gün əvvəl separatçıların lideri Araik Arutyunyan məmurların Qarabağdan Ermənistana kütləvi şəkildə köçməsini elan edib.

İkinci müharibənin başlanğıcından Ermənistan Qarabağda işğal altındakı Kəlbəcər bölgəsindən keçən ikinci yolu bağlamışdı. Virtualaz.org

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …