Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Hazırda hərbi əməliyyatlar davam edir və gərgin…” – Açıqlama

“Hazırda hərbi əməliyyatlar davam edir və gərgin…” – Açıqlama

Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində bu günədək 200-dən çox yaşayış məntəqəsi işğaldan azad edilib. Təxminən 1 həftə əvvələ qədər hər gün müəyyən ərazilərin düşməndən təmizlənməsi ilə bağlı açıqlama verilirdi. Lakin son günlər döyüşlərin intensivliyinin bir qədər zəiflədiyi güman edilir. Bunu isə bir sıra müşahidəçilər Amerikadakı seçkilərlə əlaqələndirirdi. 

Sabiq xarici işlər naziri, siyasi şərhçi Tofiq Zülfüqarov məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında qeyd edib ki, Amerikada keçirilən seçkilərlə Dağlıq Qarabağda aparılan əməliyyatların yavaşımasında hər hansı bir əlaqəsini görmür:

“Hesab edirəm ki, hazırda da hərbi əməliyyatlar davam edir və gərgin şəkildə həyata keçirilir. Əməliyyatların yavaşıması coğrafi baxımdan döyüş yerlərinin dəyişməsi, yəni döyüşlərin dağlıq hissələrdə olması ilə bağlıdır. Bunun öz xüsusiyyətləri var. Gəlin, nəticəni gözləyək, hərbçilər öz işlərini görməlidirlər. 

Bizə bu baş verənlər asan gəlməməlidir, hər bir məsələdə nəticə çox tez alına bilməz. Gözləyək, çünki hərb elminin və təcrübənin öz texnologiyası var. Hansısa işlər görülməli, qoşunlar döyüş yerlərinə çəkilməli, artilleriyalar olmalıdır. Bu çox böyük bir məsələdir. Mən tələsməyin tərəfdarı deyiləm. Hərbçilərə inanıram və əminəm ki, onlar öz işlərini yüksək səviyyədə görürlər”.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …