Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / MÜHAFİZƏÇİLƏR MARKETƏ HÜCUM ETDİ – İş adamının tapşırığı ilə [VİDEO]

MÜHAFİZƏÇİLƏR MARKETƏ HÜCUM ETDİ – İş adamının tapşırığı ilə [VİDEO]

Bu gün səhər saatlarında “Riyad” Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonu, Mir Cəlal küç 1 d ünvanında yerləşən “Safastore” mağazasına hücum edib.
Bu barədə “Qafqazinfo”ya mağazadan məlumat verilib.

Mühafizəçilərin mağazanın keçmiş sahibi, iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlunun iştirakı və tapşırığı ilə hücum etdiyi iddia olunub. Xəbərə görə, onlar ictimai asayişi kəskin şəkildə pozaraq supermarket əməkdaşlarına ciddi xəsarət yetirib, hücum nəticəsində onlarla insan yaralanıb.

Qarşıdurma zamanı Binəqədi rayon Polis İdarəsinin, 7 ci polis bölməsinin əməkdaşlarına da xəsarət yetirilib.

Baş vermiş hadisə ilə bağlı “Safastore” MMC-nin rəhbərliyi tərəfindən Daxili işlər naziri və Baş Prokurora müraciət ünvanlayacaq.

Mağazadan verilən xəbərdə bildirilir ki, ilyarım əvvəl A. Xanməmmədov mağazanı 1.5 milyon manata yeni sahibinə satıb. Amma bu günə qədər sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edir.

Qarşıdurma ilə bağlı videonu təqdim edirik:

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın