Cümə , Aprel 26 2024
Ana səhifə / Könül Xasıyeva video müraciət yaydı: “Hələ ki, bu dünyadayam” – VİDEO

Könül Xasıyeva video müraciət yaydı: “Hələ ki, bu dünyadayam” – VİDEO

Barəsində ölüm xəbəri yayılan xalq artisti Könül Xasıyeva aparıcı Hacı Nuran ilə birgə video müraciət yayıb.

Video görüntüdə aparıcı xalq artistinin vəziyyətinin yaxşı olduğunu, yayılan xəbərlərin yalan olan olduğunu deyib: “Gördüyünüz kimi Könül xanımın yanındayıq, yaxşıdır. Yayılan şayiələrə inanmayın”.

Xalq artisti isə ağrılarının olduğunu bildirib: “Yaxşıyam, şükür. Yaxşıyam, belə ki, ağrılarım, problemlərim var. Amma hələ ki, bu dünyadayam. Hamıya can sağlığı arzulayıram. Həyatda hər şey olar da, olmaz da, əsas can sağlığıdır. Xalqımıza, dünyamıza salamatçılıq arzulayıram”.

Qeyd edək ki, xalq artisti Könül Xasıyeva artıq 2 ildir ki, onurğa iflicindən əziyyət çəkir. Ötən gün mətbuatda, sosial şəbəkələrdə xalq artistinin ölüm xəbəri yayılmışdı.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın