Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / MTN deputat haqda araşdırmanı  niyə dayandırıb? – Professordan şok açıqlamalar

MTN deputat haqda araşdırmanı  niyə dayandırıb? – Professordan şok açıqlamalar

Milli Məclisin deputatı, Dövlət İqtisad Universitetinin sabiq rektoru, hazırda həmin universitetdə kafedra müdiri olan Şəmsəddin Hacıyevə qarşı şok iddia irəli sürülüb.

Ölkə rəhbərliyinə etdiyi müraciətində universitetin professoru, iqtisad elmləri doktoru Bədirxan Musayev Şəmsəddin Hacıyevin Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbərliyi və ayrı-ayrı vəzifəli şəxsləri ilə sıcaq əlaqələrindən və onlarla işbirliyindən bəhs edib.

Bədirxan Musayev yazır ki, 2011-ci ildə Ş.Hacıyev onu rektorun müşaviri və 40 il rəhbərlik etdiyi «İqtisadi Kibernetika» kafedrasının müdirliyindən qanunsuz çıxardığı üçün bütün dövlət qurumlarına, o cümlədən MTN-ə şikayət edib:

«Həmin vaxtı əlimdə Şəmsəddin Hacıyevin rektorluğu dövründə İqtisad Universitetinin Dərbənd filialına qanunsuz tələbə qəbulundan 145-150 milyon manat, daxili və xarici tələbə köçürmələrindən 80-100 milyon manat, digər mənbələrdən 350-400 milyon manat rüşvət yığmasını sübut edən sənədlərlə bağlı cinayət işinin açılması və onun məsuliyyətə cəlb olunmasıı tələb edirdim. Elə indii də endirəm. Sözüm ondadır ki, bu vaxta qədər Baş Prokuorluq mənim vasitəmlə topladığı materiallar üzrə istintaq aparmaq əvəzinə, müxtəlif bəhanələrlə Təhsil Nazirliyinə göndərir. Nazirlik isə bu barədə məlumatı Şəmsəddin Hacıyevə göndərib «araşdırılılmasını xahiş edir». Sözsüz ki, heç kim öz ayranına turö demədyindən sabiq rektor da bu faktı kimlərinsə «ağzı»na pul atmaqla, qapadaraq, özünə YAP-da karyera qurmaqla davam edir. Mənə isə bu qədər özbaşınalıqla yanaşı, bir neçə il əvvəl Milli Təhlükəsizlik Nazirliyinin Səbail rayon şöbəsi gözləmədiyim halda, məni Ş.Hacıyevin məlum korrupsiya əməlləri, universitetin Dərbənd filialının Bakıda qanunsuz yolla yaratdığı filialı vasitəsiylə apardığı saxta qəbullar, 40 min saxta diplom paylaması və sair təkzibolunmaz faktlarla bağlı çağırması hələ də şübhəli görünür. Belə ki, MTN-nin rayon şöbəsi məni şöbəyə dəvət edərək, izahat aldılar, ətraflı söhbət edib, sənədləri aldılar. Ancaq sürətlə davam edən araşdırma sonradan qəfil dayandırıldı. Maraqlandıqda isə dedilər ki, toplanmış materialları cinayət işi açılması üçün Baş Prokurorluğa göndəriblər. Həmin vaxtı prosesi düzgün qiymətləndirə bilmədiyimdən hesab edirdim ki, utanmadan “Bədirxan Musayevə “Vətən xaini”ni damğası vuraraq qovmuşam” deyən Şəmsəddin Hacıyevi mənimsədiyi bir milyarda yaxın vəsait, saxta qəbullar və sair faktlara görə həbs edəcəklər. Ancaq sonradan mənə aydın oldu ki, MTN-nin rayon şöbəsi bundan artıq addım atmaq gücündə deyil. Çünki sabiq rektorla Eldar Mahmudov və yaxın ətrafının arasında çox ciddi siyasi və biznes münasibətlər var. Düşünürəm ki, elə buna görə də Səbail şöbəsinin araşdırması nazirlik tərəfindən qəfil dayandırılıb».

Bədirxan Musayev bildirir ki, Ş.Hacıyev rektor olduğu dövrdə universitetin istifadəsiz ərazisini Eldar Mahmudovun yaxın çevrəsinə peşkəş edib: «Hacıyev universiteti şişirdilmiş qiymətlərlə təmir etdirən zamanı daha bir böyük və senasiya sayılan qanunsuzluğu edib. Bu barədə hörmətli cənab Prezidentə teleqramda vurmuşam. Orada bildirdim ki, İqtisad Universitetinin sabiq rektoru rüşvətxor Ş.Hacıyev universitetin Abbas Səhhət küçəsi 45a-da yerləşən “Dizayn və Texnologiya” fakültəsinin ərazisini (1hektara yaxın torpaq və bağ sahəsini) keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudov və onun biznesini idarə edənlərə satıb, bunun əvəzində isə özünə 11 yerdə mənzil alıb. Əvvəla o yer qanunla satıla bilməzdi. 2-cisi isə şəhərin mərkəzində olan o ərazinin dəyəri 11 mənzilin deyil, bəlkə də 111 mənzilin qiymətindədir. Ancaq Şəmsəddin Hacıyev üçün bunun əhəmiyyəti yoxdur. Ona YAP-da olduğu kimi, güc qurumunda da Eldar Mahmudov kimi adamın gücü lazım idi. Hansı ki, indi mənə aydın olur ki, univeristtein əmlakı və pulları ilə o, belə gücləri necə ram edirmiş. Bu güclər isə aldıqları milyonlar və əmlaklara görə bu günədək onu qoruyur, hətta deputat da seçdirirlər.

Hesab edirəm ki, MTN-nin indiki rəhbərliyi bu məsələni dərindən araşdırıb, təqsirkarları, o cümlədən yığdığı rüşvət hesabına YAP-ın bəzi rəhbər şəxslərin ovucunun içinə alaraq , yenidən deputati seçilən Ş.Hacıyevin barəsində qanunun yol verdiyi ən sərt tədbirləri görəcəkdir».

“Reytinq” qəzeti

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın