Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Arif Alışanov kürəkəninə vəzifə verdi – Video

Arif Alışanov kürəkəninə vəzifə verdi – Video

Bir çox ölkələrdə məşhur olan “The voice” yarışması bu gündən etibarən AzTV-də “Səs Azərbaycan” adı ilə başlayacaq. Azərbaycan tamaşaçıları bu yarışmanı daha çox Acun İlicalının müəllifi olduğu “O səs Türkiyə”dən tanıyırlar. Demək olar ki, sözügedən layihədə bir çox həmyerlilərimiz iştirak edib. Ötən il isə Elnur Hüseynov “O səs Türkiyə”nin qalibi olub.

“Qafqazinfo” bu dəfə Azərbaycanda reallaşan mötəbər yarışma ilə bağlı bəzi məlumatlar əldə edib. Məlum olub ki, AzTV rəhbəri Arif Alışanov “Səs Azərbaycan” layihəsini kürəkəni Xəyal Qayıbova tapşırıb. Ötən həftə yarışmanın tanıtım buraxılışında da gənc kürəkən layihə rəhbəri kimi çıxış edib.

Qeyd edək ki, Arif Alışanovun digər kürəkəni Orxan Əkbərov nurçu qalmaqalında gündəmə gəlmişdi. O, “Nurçu”luqda ittiham olunan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq rəhbəri Elnur Aslanovun sağ əli hesab olunurdu.

Xatırladaq ki, məşhur yarışmalara qohum göndərmək ənənəsindən İTV-nin eks rəhbəri İsmayıl Ömərov da istifadə etmişdi. Belə ki, o, bir az da irəli gedərək nəvəsi Ömər Sultanovu Azərbaycanı uşaq “Eurovision” müsabiqəsində təmsil etmək üçün seçmişdi.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın