Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Məhşur YAP-çılar ”Bəy havası” oynadılar-VİDEO

Məhşur YAP-çılar ”Bəy havası” oynadılar-VİDEO

Bakıda internat məktəbində böyüyən Fikrət və Aytacın toyu olub. Criminal.az saytı xəbər verir ki, onların hər ikisi 8 saylı sanatoriya tipli internat məktəbinin məzunlarıdır. Fikrətgil ailədə 5 uşaq olub. Hər iki valideynləri vəfat edəndən sonra uşaqlar xalanın himayəsinə verilib. Fikrətin 6-7 yaşı olanda xalası bacısının əmanəti olan 5 uşağı internata verib. Aytacın taleyi də aşağı-yuxarı Fikrətinkinə bənzəyir. Fikrət 6-cı sinifdə oxuyanda balaca Aytaca vurulur.
Məktəbi bitirən kimi hərbi xidmətə yollanır. Hərbi xidmətdən gələr-gəlməz işləməyə başlayır. Qazandığı bütün qəpik-quruşları üst-üstə yığıb Aytaca nişan üzüyü alır. Bu vaxta qədər Aytac da məktəbi bitirir. Başlarında böyük olmadığından öz aralarında nişanlanırlar. Bu münasibətə Aytacın qardaşı da razılıq verir.
Nişandan iki ilə yaxın vaxt keçsə də, Fikrətgil heç cürə evlənə bilmirlər. Dünən isə Fikrətlə Aytacın paytaxtın adlı-sanlı şadlıq evlərindən birində təmtəraqlı toyu oldu. Bu toyu onlara Yeni Azərbaycan Partiyası hədiyyə edir.
Yeni qurulan ailəyə bir otaqlı mənzil də hədiyyə edildi. Mənzilin açarlarını Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi Əli Əhmədov toyda şəxsən təqdim etdi.  Sonra Əli Əhmədov başda olmaqla millət vəkilləri “Süleymani” havasında qol qaldırıb ürəkdən rəqs ediblər. Fikrətə maaşı daha yüksək olacaq iş də tapılacağı da söz verilib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …