Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Kikboksçumuz Ruslan Musayev dünya çempionu oldu –  FOTOLAR

Kikboksçumuz Ruslan Musayev dünya çempionu oldu –  FOTOLAR

Supersport.Az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən kikboksinq üzrə dünya kuboku uğrunda yarışda Azərbaycan Kikboksinq Federasiyasının idmançısı Ruslan Musayev 67 kq çəki dərəcəsində yarımfinalda ukraynalı kikboksçu Sabar Yaraslovu məğlub edərək finala yüksəlib. Bu gün final qarşılaşmasında bolqar Dimtar Pençevlə üz üzə gələn Ruslan gərgin mübarizədə adını qaliblər sırasına yazdırmağı bacarıb. Fəxri kürsüdə Azərbaycanın himnini səsləndirən idmançımız qələbəsini xalqımıza bəxş etdiyini və sevincli anlar yaşadığını söyləyib.O həmçinin ona hər zaman dəstək olan Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevə,vitse prezident Güloğlan Cabbarova,məşqçisi Daxili İşlər Nazirliyi İdman cəmiyyətinin kikboksinq üzrə baş məqçi,əməkdar məşqçi Hakim  Hacıyevə minnətdarlığını bildirib.

 

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın