Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Kardiologiya İnstitutunda həkim anamı qəbul etməyib, deyib ki, kefi belə istəyir…”

“Kardiologiya İnstitutunda həkim anamı qəbul etməyib, deyib ki, kefi belə istəyir…”

İctimai fəal İlkin Rüstəmzadə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya instututunun həkimi İbrahimova İllər Dərdail qızının anasına qarşı etinasız davrandığını iddia edib.
O, bu barədə feysbuk hesabında paylaşım edib.
“Bu gün (7 mart – red.) anam Kardiologiya İnstitutunun Exokardiya şöbəsində ürək analizindən keçməyə gedib. Oranın əlxaq və ləyaqətdən uzaq həkimi içəridə laqqırtı vurub xəstələri gözlətdiyinə görə ana etiraz edib. Həkim anamı polislə təhdid edib və hər kəsin yanında qışqıraraq bildirib ki, anamı qəbul etməyəcək. “Kefim belə istəyir” deyib. Axırda da qışqırıb ki, get hara istəyirsən şikayət elə”, – paylaşımda bildirilib.
İctimai fəal paylaşımının rəylər bölümündə yazıb ki, sözügedən həkim İbrahimova İllər Dərdail qızıdır.
Səsləndirilən iddialarla bağlı İnstitutun tabe olduğu Səhiyyə Nazirliyinə aidiyyəti sorğunu ünvanlamışıq.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …