Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / ” KAPRİZ WOMEN BEATY ”  SAÇINI “OMBRE” ETMƏK İSTƏYƏN XANIMIN BAŞINA HANSI OYUNU AÇIB ? – ŞİKAYƏT

” KAPRİZ WOMEN BEATY ”  SAÇINI “OMBRE” ETMƏK İSTƏYƏN XANIMIN BAŞINA HANSI OYUNU AÇIB ? – ŞİKAYƏT

Azinforum.az-a  Bakının Əhmədli qəsəbəsi “Sarayevo” küçəsində yerləşən ” Kapriz Women Beaty “ salonunda aldadılan müştəri tərəfindən şikayət məzmunlu informasiya daxil olub. Hələlik adının açıqlanmasını istəməyən xanım deyir ki,  o, saçını “ombre” (xüsusi rəngdir -red.)   etdirmək üçün, sözügedən salona müraciət edib.  İlkin qiymət  50 manat müəyyənləşsə də, sonda  Aybəniz adlı saç ustası gördüyü iş üçün müştəridən 68 manat istəyib. Pulu ödəyən müştəri görüb ki,  onun istədiyi rəngшт  alınmaması ilə yanaşı, saçı  bərbad bir vəziyyətə salınıb.  Haqqını tələb edən müştərilə kobud davaranılıb və təqsirkar kimi də məhz onun özü çıxarılıb.

Apardığımız araşdırmalardan sonra məlum oldu ki,  adıçəkilən gözəllik salonu bir çox xanımların sifarişini bərbad halda yerinə yetirib. Salonda işləyənlər isə, müdirləri Aydın Əliyevə arxayın olduqları üçün, öz fırıldaqlarını davam etdirirlər.  

Bizə verilən ilkin məlumata görə, salonun yiyəsi dövlət qulluqcusu olduğu halda,  qanunsuz sahibkarlıqla məşğul olur. Gözəllik salonu ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onların da mövqeyini dinləməyə hazırıq.

 

Çinarə SEYİDOVA

AZİNFORUM.AZ

 

Müştərinin istədiyi rəng (Foto- 1)

is

 Ediən rəng (Foto-2)

ed

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın